Bunu bilirdinizmi ki, 1582-ci ildə 10 gün yoxa çıxıb? Və siz bunu elə indi telefonunuzda yoxlaya bilərsiniz!
Baki-baku.az bildirir ki, “iPhone” və ya “Google” təqviminizi açıb 1582-ci ilin oktyabr ayına keçsəniz görəcəksiniz ki, cümə axşamı, 4 oktyabrdan dərhal sonra cümə, 15 oktyabr tarixi gəlir.
5-dən 14 oktyabra qədər olan tarixlər isə ümumiyyətlə yoxdur. Onlar silinib. Sadəcə tarixdən çıxarılıb.
Nə baş vermişdi?
Buna səbəb bizim hazırda istifadə etdiyimiz Qriqorian təqviminə keçiddir.
Əvvəllər istifadə edilən Yulian təqvimi (Yuli Sezar tərəfindən tətbiq edilmişdi) günəş ilindən ildə 11 dəqiqə geri qalırdı. 1600 il ərzində bu fərq yığılıb və bunu nəticəsində düz 10 günlük bir səhv yaranıb.
Təqvimi təbiətə uyğunlaşdırmaq üçün Papa Qriqori XIII 1582-ci ildə islahat elan etdi: 4 oktyabrdan dərhal sonra 15 oktyabr gəldi. Beləcə 5-dən 14 oktyabra qədər olan 10 gün “yoxa çıxdı”.
Xanım Aydın