Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/05/2025

Paylaşın

HƏR ŞEYDƏN

Dünyanın ən dərin sirri: 10 kilometrə yaxın dərinlikdə həyat tapıldı

Dünyanın ən dərin sirri, Molyusk

İnsan üçün tam qaranlıq, sıx təzyiqli və ölü mühit kimi görünən okean dibi əslində həyatla doludur. Çinli alimlər Sakit okeanın dərinliklərində — 9533 metr dərinlikdə elmi sensasiya sayıla biləcək unikal bir ekosistem kəşf ediblər.

Baki-baku.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.

Kəşf olunan canlılar əsasən mol­yusklardan ibarətdir və bu canlılar tamamilə günəş işığından məhrum şəraitdə — tam qaranlıqda yaşayır. Onlar fotosintez əvəzinə kimyəvi sintez (xemosintez) prosesi vasitəsilə həyatlarını davam etdirirlər. Yəni, okeanın dibindən çıxan kimyəvi maddələri enerji mənbəyi kimi istifadə edərək həm sağ qalır, həm də çoxalırlar.

Bu, alimlər üçün olduqca böyük əhəmiyyət kəsb edir: belə ekstremal şəraitdə həyatın mümkünlüyü həm Yer kürəsinin bioloji sərhədləri haqqında biliklərimizi genişləndirir, həm də gələcəkdə digər planetlərdə həyat axtarışları üçün istiqamət göstərir.

Alimlər bildirir ki, bu canlılar yüksək təzyiq, soyuq temperatur və oksigensiz mühit kimi sərt şərtlərə tam uyğunlaşıblar. Onlar təkcə sağ qalmaqla kifayətlənməyib, bu şəraitdə kompleks ekosistem formalaşdırmağa nail olublar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daş, Tunc, Dəmir dövrü ilə bağlı yaddaş yerləri mənsub olduğumuz məmləkətin əzəmətini bu gün də dünyaya nümayiş etdirməkdədir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin