Nəşr edilmişdir 03/16/2025

Paylaşın

GÜNDƏM

Dünyanın ən nadir “Ferrari”lərindən biri satışa çıxarılacaq

IMG-20250316-WA0070

“Car&Classic” hərracı mart ayının sonunda çox nadir “Ferrari Monza SP1” superkarını satışa çıxaracaq. Onun fərqləndirici xüsusiyyətlərindən biri təkoturacaqlı kokpit hesab olunur.

Baki-baku.az bu barədə auto.ru-ya istinadən xəbər verir.
Ümumiyyətlə, “Ferrari”nin cəmi 129 belə avtomobil istehsal etdiyi hesab olunur. Hərrac qiymət gözləntilərini açıqlamır, lakin superkar təkcə nadirliyinə görə deyil, həm də demək olar ki, yox dərəcəsində olan yürüşünə – cəmi 140 km – görə milyonlarla dollar dəyərində ola bilər.

“Ferrari” konserni “Monza” modelini 1950-ci illərin yarış barkettalarına hörmət əlaməti olaraq “812 Superfast” superkarı əsasında hazırlayıb. Ümumi tiraj 499 avtomobil təşkil edib. Başlanğıc qiyməti 3 milyon dollar olan superkar yalnız ən sadiq müştərilərə təklif olunub və onlara bir, ya iki oturacaqlı salon variantları arasında seçim etmək imkanı verilib. Lakin alıcıların əksəriyyəti sərnişin oturacaqlı olan versiyanı üstün tutub.
“Ferrari Monza”nı robotlaşdırılmış ötürmə qutusu ilə birlikdə 810 at gücündə 6.5 litrlik V12 mühərriki ilə təchiz edib. Spidster 300 km/saat maksimal sürətlə üç saniyədən az müddətdə 100 km/saat sürətə çata bilir.

Qeyd edək ki, satışa çıxarılan nüsxə 2020-ci ildə yığılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb.

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində martın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu

GÜNDƏM

Azərbaycan ərazisində martın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu