Ən böyük dağ dünyada hələ də böyüməyə davam edir!
Baki-baku.az xatırladır ki, Everest artıq 60 milyon ildir Yer üzündə mövcuddur. Amma bu müddət ərzində onun böyüməsi dayanmayıb. Son 89 min ildə dağ 50 metr hündürlüyündə artıb!
Bu isə iki çayın – Arun və Kosi çaylarının sayəsində baş verib. Təxminən 89 min il əvvəl Arun çayı Kosi çayına tökülməyə başlayıb. Məhz bu iki çayın birləşməsindən sonra Everest daha da yüksəlib.
Məntiq sadədir: çaylar birləşdikdən sonra Kosi çayından daha çox su keçməyə başlayıb. Hövzə nə qədər su ilə zəngindirsə, o qədər də torpaq axarla daşınır. Quru sahələr getdikcə daha çox yuyulduqca dağın qalxma sürəti artıb. Və beləliklə, bir neçə min il ərzində onlarca metr “toplanıb”!