Nəşr edilmişdir 11/22/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Dünyanın ən bahalı zibil torbasının qiyməti yüz milyonlarla dollara çatdı

Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatıb. Söhbət təxminən 10 il əvvəl 39 yaşlı Ceyms Hovelsin tanışının atdığı və içində 8 000 “Bitcoin”lə sərt diskin olduğu zibil torbasından gedir. Hazırda cihaz Uelsin Nyuport şəhəri yaxınlığındakı zibilliyin dibində yatır.
Baki-Baku.az bu barədə “LADbible”ə istinadən xəbər verir.
Məlumata görə, Ceyms sərt diski tapmaq üçün təxminən 1,5 milyon ton zibilin içində eşələnməyə hazırdır. 2013-cü ildə bütün bunlar baş verəndə onun 8 000 “Bitcoin”i təxminən 4 milyon funt sterlinq dəyərində qiymətləndirilirdi, lakin indi məzənnə artıb və kriptovalyutanın dəyəri 600 milyon funt sterlinqdən (780 milyon dollar) çox olub.
Sərt disk tamamilə təsadüfən zibilliyə düşüb: Ceyms kompüterini yeniləyəndə onu masanın üstünə qoyub. Görünür, səhvən cihaz torbaya, sonra da zibilliyə düşüb.
Zərərçəkən dəfələrlə şəhər şurasına müraciət etsə də, onunla görüşmək istəmirlər. Şura bildirib ki, lisenziya icazəsinə əsasən, qazıntı işləri mümkün deyil. Hətta hər hansı təşkilat Ceymsə zibilin içində eşələnməyə icazə versə belə, bu ətraf mühitə böyük təsir göstərəcək.
O, bir neçə dəfə şuraya ictimai layihələrin maliyyələşdirilməsi üçün “Bitcoin”lərin faizini köçürməyi təklif etsə də, rədd cavabı alıb. Buna görə də o, şəhər şurasını məhkəməyə verib.
Qeyd edək ki, iş 2024-cü ilin dekabrında hakimə təqdim edilməlidir.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə

Ən son

GÜNDƏM

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının qərarı ilə Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəza

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.Baki-Baku.az xəbər verir ki,

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri