Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi çərçivəsində Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyi (EKMİB) “Dünyamızı yaşıllığa qərq edək” adlı ağacəkmə aksiyası keçirilib.
BakıBaku Qafqazinfo-ya istinadən xəbər verir ki, təşəbbüs noyabrda Bakıda keçiriləcək COP29 İqlim konfransına həsr olunub.
Dünya iqlim problemlərinin həllinə yönələn bu qlobal tədbir, iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlıq və ətraf mühitin qorunması üçün önəmli platformadır.
EKMİB təsisçisi və İdarə Heyətinin rəhbəri Dr. Rəna Soltanovanın təşkilatçılığı və təşəbbüsü ilə həyata keçirilən bu tədbir xüsusi əhəmiyyət daşıyan ərazidə – şəhid ailələrinin yaşadığı məkanda baş tutub.
Bayramov Qismət İlyas oğlu 1992-ci ildə döyüş əməliyyatında; XTQ şəhidi Qocayev Vadim Alik oğlu 2022-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən təxribatın qarşısı alınanda, Bayramov İlyas İsa oğlu (adına Masazır qəsəbəsində küçə var) Birinci Qarabağ müharibəsində 1994-cü ildə Murovdağ döyüşləri zamanı şəhid olublar) ailə üzvləri də tədbirdə iştirak ediblər.
Şəhid anası ağacların əkildiyi yerdə şəhidlərin adlarının yazıldığı lövhənin yerləşdirilməsini, eyni zamanda uşaqlar da çıxış edərək futbol meydançasının olmasını arzu etdiklərini bildiriblər.
Tədbirdə vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinə 50 şam və zeytun ağacları əkilib. Ağacların əkilməsində məqsəd – sakinlərin istirahəti üçün yaşıl məkanların yaradılması və ağacların meyvəsindən bəhrələnməyi təmin etməkdir.
Belə aksiyalar uşaqlarda mənəvi keyfiyyətlərin, gözəl davranışının formalaşmasına da səbəb olur.
EKMİB-nin həmtəsisçisi, Yeganə Cəfərova “Dünyamızı yaşıllığa qərq edək” layihəsini gələn il yaz aylarında davam etdirəcəklərini bildirib:
“Quraq, yaradaq, bir yumruq olaq, dünyamızı gözəlləşdirməklə, özümüz də gözəlləşək”.