Nəşr edilmişdir 05/30/2025

Paylaşın

GÜNDƏM

Dünyada ilk olaraq Yaponiyada heyvanlara hüquq verilib

Yaşıl fəalların və müasir heyvan sığınacaqlarının yaranmasından çox-çox əvvəl, Uzaq Şərqin ən sirli ölkəsində – Yaponiyada dünya tarixində ilk dəfə olaraq heyvanların hüquqlarını qoruyan qanun qəbul olunmuşdu.
Baki-baku.az xəbər verir ki, bunu edən heç də başqa biri deyil, XVII əsrin sonlarında Yaponiyaya rəhbərlik edən şoqun Tokuqava Tsunayosi olmuşdur. O, tarixə şeir kimi, amma qəribə bir ləqəblə – “İt Şoqunu” kimi düşüb.
Tsunayosi itlərin, pişiklərin və hətta əzab çəkmiş atların öldürülməsini qəti şəkildə qadağan etmişdi. Və sadəcə qadağan etməklə kifayətlənməmiş, bu əmələ görə ölüm cəzası tətbiq etmişdi. Küçələrdə gəzən itlərə “Zati-aliləri İt” deyə müraciət edilməli idi və onlara hörmətsizlik edənlər fiziki cəzalara məruz qalırdı. Paytaxt Edo şəhərində minlərlə itin saxlandığı nəhəng sığınacaqlar tikilmişdi, və həmin sığınacaqlarda itlərə verilən yeməklər kəndlilərin gündəlik qidalanmasından daha zəngin idi.
Bu dövr üçün son dərəcə irəliləyiş kimi görünən humanist yanaşma cəmiyyətdə kəskin narazılıq doğurmuş, nəticədə ölkə iqtisadi böhrana düşmüşdü. Tsunayosinin ölümündən elə ertəsi gün yeni şoqun “heyvan hüquqları” qanununu ləğv etmişdi.
Bununla belə, canlıların həyatını dəyərli saymaq cəhdinin ilk dəfə London və ya Parisdə deyil, samuraylar dövrünün müdrik və sirli Yaponiyasında edildiyini xatırlamaq vacibdir.

Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.