ABŞ-də ekranı şaquli uzanan noutbuk təqdim edilib, bu dünyada ilk belə texnologiyadır.
Baki-baku.az bildirir ki, “ThinkBook Plus Gen 6 Rollable” adlanan seriya “CES 2025” sərgisində “Lenovo” şirkəti tərəfindən təqdim olunub.
Məlumata görə, noutbuk qatlanmış vəziyyətdə 14 düymlük ekrana malikdir. Onu yuxarıya doğru 16.7 düymə qədər uzatmaq mümkündür. Böyütmə xüsusi düymənin basılması və ya jest vasitəsilə həyata keçirilir.
Noutbukun korpusunun qalınlığı 19.9 mm, çəkisi isə 1.7 kq-dır. Ekranın şaquli istiqaməti duruşu yaxşılaşdırır və uzunmüddətli iş zamanı gərginliyi azaldır.
İstehsalçının bildirdiyinə görə, mexanizm minimum 30 min qapaq açılıb-bağlanmasına və 20 min ekran böyüməsinə hesablanıb.
Baxış sayı: 6