Nəşr edilmişdir 08/29/2025

Paylaşın

HƏR ŞEYDƏN

Dünyada iki kəşf edilməyən var: biri qütblər, digəri türklər

Türklər, Türk

“Mənə türklərdən ibarət bir ordu verin, dünyanı fəth edim”. “Türk əsgəri cəsurdur. Ana Vətənini sevər və onun üçün lazım gəlsə canını fəda edər”. “Türk əsillərin əsilidir. Yapma olmayan, göstəriş bulunmayan bu uca əlamət ona təbiətin hədiyyəsidir”. “Türklər irq və bir millət olaraq, yer üzünün ən şərəfli insanlarıdır”. “Dünyada iki kəşf edilməyən vardır: Biri qütblər, digəri türklər”. Qüdrəti, əzəməti, mənəvi zənginliyi, ixtira və kəşfləri ilə dünyanın siyasi və mənəvi mənzərəsini dəyişən Bonapart Napaleona, Albert Eynşteynə, Pierro Lonidə, Limartinə, Albert Şorelə məxsus olan, artıq aforizmə çevrilən bu kəlamları oxuduqca gözlərinin önünə “Mancanaqlı araba”nı icad edən Meteni, dünyanın dörd bir yanını qılıncına müntəzir edən, imperiyalar quran Atillanı, Alparslanı, Məlik şahı, Osman Qazini, Fateh Mehmeti, Sultan Bəyaziti, Əmir Teymuru, Yavuz Sultan Səlimi, Şah İsmayıl Səfəvini, Şirvanşah İbrahim, Nadir şah Əfşarı gətirir, taleyinin Ağa Məhəmməd şah Qacar, Cavad xan, Qubalı Fətəli xan, Məhəmməd Əmin Rəsulzadə, Qazi Mustafa Kamal Paşa Atatürk, Ulu Öndər Heydər Əliyev zirvələri ilə bir türk olaraq qürur duyur, iftixar hissi keçirirsən. Dünyanın məşhur araşdırma mərkəzlərinin keçirdiyi sorğuların sırasında ümumtürk kontekstində marağa səbəb olacaq cavablar var. Sorğuya əsasən ümumbəşəri dəyərlər və hərb tarixinə töhfələrinə görə beş Osmanlı padşahı zirvəni fəth edib. Onun biri, daha doğrusu birincisi 9 yaşında “Qurani-Kərim”i oxuyub başa çatdıran Hafiz, 12 yaşında padşah, 21 yaşında İstanbulun fatehi kimi tarix yaradan, dövrünün mütəfəkkir alimlərindən sayılan, üləma titulu ilə şərəflənən, yeddi şərq və qərb dilini bilən, sadəcə qılıncı ilə deyil, zəkası, düşüncəsi ilə belə zamanına meydan oxuyan, hərbi nəzəriyyələri, döyüş texnikası, fəlsəfi traktatları, hüquq və siyasətə dair əsərləri ilə məşhur olan, Osmanlı imperiyasını dövrün tələblərinə uyğun şəkildə yenidən quran, ənənə ilə novatorluğun vəhdətində Osman Qazinin əzəmətindən Fateh Mehmet ucalığına körpü salan padşahımızdan, Fateh Sultan Mehmetdən sonra sıralamada ikinci yeri Yavuz Sultan Səlim tutur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.

Ən son

HƏR ŞEYDƏN

Lüdviq van Bethoven — musiqi tarixinin ən böyük bəstəkarlarından biri — 1827-ci ildə, 56 yaşında

HƏR ŞEYDƏN

Lüdviq van Bethoven — musiqi tarixinin ən böyük bəstəkarlarından biri — 1827-ci ildə, 56 yaşında
Facebook
X (Twitter)
LinkedIn
Email