Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/01/2025

Paylaşın

HƏR ŞEYDƏN

Dünyada ən uzun göl hansıdır?

Dünyada ən uzun göl hansıdır? Göl

Dünyanın sahəsinə görə ən böyük gölünün Xəzər olduğu çoxlarına, ələlxüsus da azərbaycanlılara məlumdur.

Baki-baku.az xəbər verir ki, sahilində yaşadığımız, qışda burada gəzinti edib, yayda çimərlikdə vaxt keçirdiyimiz dənizin göl olduğunu bəzən unutsaq da, əslində Xəzər ən böyük göldür.

Hələ məktəb vaxtından dərsliklərdən öyrəndiyimiz kimi dünyada ən uzun çay Nil, hövzəsinin sahəsinə görə ən böyük çay Amazondur.

Bəs dünyada ən uzun göl hansıdır? Qəribə olsa da, heç bunu düşünməmişdim. Sən demə, ən uzun göl Yer kürəsində quraqlığın hökm sürdüyü və sahəsinin 30%-nin səhra olduğu Afrika qitəsində yerləşir. Daha dəqiq desəm, Şərqi Afrika sınma zonası boyunca uzanır və Büyük Rift Vadisi çökəkliyində, Kongo, Tanzaniya, Zambiya ve Burundi ölkələri ərazisindədir.

Tanqanika gölü Afrikanın ən dərin, dünyanın isə ən uzun gölüdür. Uzunluğu 673 km olan gölün mənbələrdə 12 milyon il öncə yarandığı göstərilir. Zəngin canlı aləmi var. Tanqanika gölündə Nil timsahları, şirin su xərçəngləri, su samurları, ciklidlər, pelikanlar, flaminqolar və çoxlu unikal canlılar yaşayır. Buradakı canlılar milyonlarla il ərzində təkamül yolu keçdiyindən ekosistem üçün elmi əhəmiyyətə malikdirlər. Adının Luvale dilindən gəldiyi və mənasının ulduzlar olduğu deyilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İnsanlar yan-yana duranda: Baltik zənciri

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin