Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/13/2026

Paylaşın

HƏR ŞEYDƏN

Dünya xalqlarının mifologiyası: Poseydon və dəniz tanrıları

Dənizin dərinliklərində ildırım sahibi Zevsin qardaşı — dənizlərin və yeraltı suların hökmdarı olan qüdrətli Poseydonun möhtəşəm sarayı ucalır. O, su ünsürünə hökm edir və əlində sıxdığı qorxunc üçdişli nizənin ən kiçik hərəkəti ilə belə dalğalar ona itaət edir.

Dənizin dərinliklərində Poseydonun yanında onun gözəl həyat yoldaşı Amfitrita — müdrik dəniz qocası Nereyin qızı yaşayır. Vaxtilə dənizlərin hökmdarı onu atasının yanından qaçırmışdı. Bir gün o, Amfitritanın Naksos adasının sahilində bacıları — nereidalarla rəqs etdiyini görmüş və onun gözəlliyinə vurulmuşdu. Onu öz arabası ilə aparmaq istəyərkən Amfitrita göy qübbəsini çiyinlərində saxlayan titan Atlasın yanında gizlənmişdi. Uzun müddət Poseydon sevdiyini tapa bilmədi, nəhayət, bir delfin ona onun gizləndiyi yeri göstərdi. Minnətdarlıq əlaməti olaraq Poseydon delfini göyə qaldıraraq onu bürcə çevirdi. Bundan sonra o, Amfitritanı aparıb özünə həyat yoldaşı etdi. O vaxtdan etibarən Amfitrita onunla birlikdə dənizin altındakı sarayda yaşayır, sarayın üzərində isə dəniz dalğaları guruldayır.

Poseydon, Tanrı

Dənizlərin hökmdarının ətrafına onun iradəsinə tabe olan çoxlu dəniz tanrıları toplaşır. Onların arasında oğlu Triton da var — o, dəniz qabığının səsi ilə fırtına qopara bilir. Yaxınlıqda Amfitritanın bacıları olan gözəl nereidalar da olur. Poseydon möcüzəli atların qoşulduğu arabası ilə dəniz üzərində hərəkət edərkən sular onun qarşısında iki yerə ayrılır və yol açır. O, sonsuz dənizlər üzərində sürətlə irəliləyir, ətrafında delfinlər oynayır, balıqlar dərinliklərdən qalxaraq onu müşayiət edir. O, üçdişli nizəsini yelləyən kimi dəniz səthi coşur: dalğalar köpüklə örtülmüş dağ zirvələri kimi yüksəlir və güclü fırtına başlayır. Dalğalar gurultu ilə sahil qayalarına çırpılır, torpağı sarsıdır. Lakin tanrı nizəsini uzadan kimi dəniz yenidən sakitləşir: fırtına dayanır və su səthi güzgü kimi hamar olur.

Poseydon, Tanrı

Dəniz tanrıları arasında gələcəyin sirlərini bilən müdrik qoca Nerey xüsusilə seçilir. O, hiylədən uzaqdır və həm tanrılara, həm də insanlara yalnız həqiqəti söyləyir. Onun məsləhətləri dərin hikmətlə doludur. Nereyin əlli gözəl qızı — nereidalar var. Onlar dalğalar arasında şən oynayır, ilahi gözəllikləri ilə parlayırlar. Əl-ələ tutaraq dənizin dərinliklərindən çıxır, sahildə dalğaların sakit sədası altında rəqs edirlər. Onların zərif nəğməsi sahil qayalarında əks-səda verərək dənizin yumşaq uğultusunu xatırladır. Nereidalar dənizçiləri qoruyur və onlara uğurlu səfər bəxş edirlər.

Poseydon, Tanrı

Dəniz varlıqları arasında qoca Protey də tanınır — o, dəyişkən dəniz kimi müxtəlif surətlərə girə bilir. O, müxtəlif varlıqlara və hətta qorxunc məxluqlara çevrilə bilər. Bu tanrı da gələcəyi görmək qabiliyyətinə malikdir, lakin onun sirləri yalnız onu qəfil yaxalaya bilənlərə açılır. Poseydonun yoldaşları arasında Qlavk da var — o, dənizçilərin və balıqçıların himayədarıdır və gələcəyi görmək qabiliyyətinə malikdir. Dənizin dərinliklərindən qalxaraq tez-tez öz öncəgörmələrini bölüşür və insanlara müdrik məsləhətlər verir.

Dəniz tanrıları qüdrətli və güclüdür, lakin onların arasında ali hakimiyyət Poseydona məxsusdur – Zevsin qardaşıdır. Bütün dənizləri və torpaqları böyük titan Okean əhatə edir; o, Zevslə eyni dərəcədə ehtiramla yad olunur. O, dünyanın kənarında, qayğı və narahatlıqlardan uzaqda yaşayır. Onun üç min oğlu — çay tanrıları və üç min qızı — bulaq və çayların himayədarları olan okeanidlər var. Onlar torpağı həyatverici su ilə bəsləyərək insanlara firavanlıq və sevinc bəxş edir, yer üzündəki bütün canlıların yaşamasını təmin edirlər.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, paylaşımda deyilir:

Ən son

Mədəniyyət

25 aprel, saat 12:00-da gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanan Pamela Treversin "Meri Poppins" nağılı

Mədəniyyət

25 aprel, saat 12:00-da gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanan Pamela Treversin "Meri Poppins" nağılı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin