Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/12/2025

Paylaşın

GÜNDƏM

Dövlət Yol Polisi dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Hazırda paytaxtda, eləcə də respublikanın bir sıra rayonlarında dumanlı hava müşahidə edilir ki, bu da məhdudiyyətli görünmə şəraitində yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə bir sıra çətinliklər yaradır.

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.

Qeyd edilib ki, dumanlı hava yol hərəkəti zamanı nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.

“Eyni zamanda, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha da məsuliyyətli olmalıdırlar”, – müraciətdə vurğulanır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fərman Salmanov 28 iyul 1931-ci ildə Azərbaycanın Şəmkir rayonunun Morul kəndində anadan olub.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin