Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/31/2025

Paylaşın

GÜNDƏM

Dövlət Xidməti: “Moskva” univermağının orijinal memarlıq quruluşu dəyişdirilib

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş “Moskva” univermağının binasına baxış keçirilən zaman qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.
Bu barədə Baki-baku.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozularaq, layihəsi razılaşdırılmadan genişmiqyaslı təmir və söküntü işlərinin aparıldığı müəyyən edilib:
“Abidənin arakəsmə divarları sökülüb, pilləkən hissəsində ağır dəmir konstruksiya quraşdırılaraq əlavə sahə yaradılıb, döşəməyə beton tökülüb, ticarət zalında dəmir konstruksiyalar vasitəsilə əlavə mağazalar inşa edilib. Qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilən təmir-tikinti işləri nəticəsində binanın orijinal memarlıq quruluşu dəyişdirilib, daxili plan həlli pozulub, tarixi abidə öz autentik dəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb”.
Qeyd olunub ki, qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılması ilə bağlı xəbərdarlıqlara istifadəçi tərəfindən məhəl qoyulmayıb:
“İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin razılaşdırılmadan yeni quruluşa salınması, zahiri görkəminin dəyişdirilməsinə görə inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib”.
Məlumatda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasının qadağan olunması da vurğulanıb:
“Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır”.
Qeyd edək ki, 1970-ci illərdə inşa edilən “Moskva” univermağının binasının Ulu Öndər Heydər Əliyevin iştirakı ilə açılışı həyata keçirilib və dövrünün ən böyük ticarət mərkəzi kimi insanların xidmətinə verilib.
Xatırladaq ki, Bakı şəhəri Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsində yerləşən “Moskva” univermağının binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bəzi rəssamlar sadəcə şəkil çəkir – bir qismi isə bütöv bir dövrün portretini çəkir

TARIXI ŞƏXSİYYƏTLƏR

Bəzi rəssamlar sadəcə şəkil çəkir – bir qismi isə bütöv bir dövrün portretini çəkir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin