Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/30/2025

Paylaşın

GÜNDƏM

Dostluğun səsi – 30 İyul Beynəlxalq Dostluq Günüdür

Beynəlxalq Dostluq Günü

Dostluq… təkcə eyni fincandan çay içmək deyil, eyni səssizliyi bölüşməkdir. Qəlbində fırtına qopanda səninlə sükutla oturub gözlərinə baxan insandır dost. Bu gün – 30 iyul, həmin səmimi baxışların, qırılmayan tellərin, zaman və məsafədən qorxmayan münasibətlərin bayramıdır. Beynəlxalq Dostluq Günü — ürəyin ürəyə toxunduğu yeganə münasibətin təqvimə düşmüş tarixidir.
Bu gün 2011-ci ildə BMT tərəfindən rəsmiləşdirilsə də, dostluq çoxdan bəri dünyanın qeyri-rəsmi ən gözəl “qurumlarından” biridir. Qan bağından yox, ruh qohumluğundan doğan bir anlayışdır dostluq. Dinləri, dilləri, qitələri aşan bir körpüdür. Hətta bəzən bir insanla dost olmaq üçün onu illərlə tanımağa belə ehtiyac olmur. Bir anlıq səmimi təbəssüm, bir bəlkə də eyni kitabı sevmək kifayətdir.
Dostluq, güvənməkdir. İkiüzlülüyün, riyakarlığın bol olduğu çağımızda insanın tək kəlmə ilə “inanıram” deyə bilən bir nəfərin yanında olması səadətdir.
Unutmayaq, dost itirmək çətindir, amma dost qazandıran bir söz bəzən bir ömür bərabərliyə çevrilir. Bu gün sadəcə keçmiş dostluqları xatırlamaq üçün deyil, həm də yeni dostluqlara qapı açmaq üçün bir fürsətdir.
Dostlarınız çox olsun. Onlarla birgə çay süfrəniz, payızda paylaşılan skamyalarınız, yazda birlikdə baxılan buludlarınız, qışda isinən qəlbiniz olsun.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Avqustun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.