Nəşr edilmişdir 06/10/2025

Paylaşın

GÜNDƏM

Dörd gündə Bakıdan rayonlara avtobuslarla 30 mindən çox sərnişin daşınıb

Bakıdan rayonlara, Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram və istirahət günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün iyunun 5-9-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1034 reys həyata keçirilib, 31 min 636 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-ə yaxın reys həyata keçirilib.
Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 40%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir

Ən son

ETNOQRAFIYA

Bakılı qadın anlayışı: stereotip və gerçəklik