Nəşr edilmişdir 06/03/2025

Paylaşın

GÜNDƏM

Donmuş həyat

Donmuş həyat, Daş Körpə

Qadın orqanizmində “daş körpə” necə yaranır

Tibbdə elə hallar var ki, insanı heyrətə gətirir və sanki elmi-fantastik romanlardan çıxmış süjet kimi səslənir. Onlardan biri — litopedion, yəni “daş körpə” adlanan nadir tibbi hadisədir. Bu son dərəcə az rast gəlinən vəziyyətdə uşaqlıqdan kənar hamiləlik zamanı döl ana bətnində ölü qalır və daşlaşır.
Baki-baku.az-ın məlumatına görə, səbəb insan orqanizminin qoruyucu mexanizmlərində gizlidir. Bədən ölü döldən qurtula bilmədikdə və infeksiyanın qarşısını almağa çalışdıqda, onu “konservləşdirməyə” başlayır – kalsium karbonat təbəqəsi ilə örtərək ətrafından sərt bir qabıq yaradır. Nəticədə anatomiyayla mineralogiya arasında dayanan əsl bioloji artefakt formalaşır.
Ən təəccüblüsü isə odur ki, bir çox qadınlar illərlə bədənlərində litopedion daşıdıqlarından xəbərsiz ola bilərlər. O, heç bir ağrı və narahatlıq yaratmadan onilliklərlə orqanizmdə qala bilər. Hətta bəzi hallarda bu qadınlar daha sonra içlərində “daş körpə”in varlığından xəbərsiz sağlam uşaqlar da dünyaya gətiriblər.
Tibbi sənədlərdə 50 il və daha artıq müddət qadın bədənində qalmış litopediolara rast gəlinib. Bu cür hallar insan bədəninin sirlərinə, onun yaşama və özünü qoruma gücünə həm heyranlıq, həm də dərin ehtiram doğurur.
Daxilimizdəki dünya hələ də möcüzələrlə doludur. Litopedion isə bu möcüzələrin canlı sübutudur.

Donmuş həyat, Daş Körpə

Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hər il iyunun 4-də dünyada Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.

Ən son

GÜNDƏM

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

GÜNDƏM

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.