Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2025

Paylaşın

HƏR ŞEYDƏN

Diş çürüməsinin əsas səbəbi şirniyyat deyil – Həkim açıqlayır

Diş çürüməsinin əsas səbəbi, Diş çürüməsi, Diş, Kariyes

Adətən düşünülür ki, tort, şirniyyat və qazlı içkilər birbaşa kariyesin əsas səbəbidir. Lakin bu, tam olaraq belə deyil.

Ortodont həkimi Maryana Baraqunova bildirir ki, şirin qidaların özü dişləri məhv etmir, əsas təhlükə onların ağız boşluğunda uzun müddət qalmasındadır.

Baki-baku.az xəbər verir ki, Baraqunova bu barədə gazeta.ru‘ya danışıb. O, qeyd edib ki, şəkər birbaşa diş minasına təsir göstərmir.

Onun sözlərinə görə, problemin əsas kökü ağızda şəkər qalıqlarının qalması nəticəsində bakteriyaların çoxalması və onların ifraz etdiyi turşuların diş minasını zəiflətməsidir. Məhz bu proses kariyesin inkişafına səbəb olur. Mütəxəssis vurğulayıb ki, yapışqan və uzun müddət ağızda qalan şirniyyatlar – məsələn, karamel, iris, zefir, marmelad və bəzi şokolad batonları – dişlər üçün daha risklidir. Bu məhsullar diş səthinə və çətin təmizlənən nahiyələrə yapışaraq orada saatlarla qala bilər. Bundan başqa, limonad və enerji içkiləri kimi qazlı məhsullar da təhlükə yaradır. Həkimin sözlərinə görə, bu içkilərdə şəkər və turşuluğun birləşməsi diş minasının eroziyasını sürətləndirir, xüsusilə də düzgün ağız gigiyenası aparılmadıqda. Lakin mütəxəssis qeyd edir ki, bu o demək deyil ki, şirniyyatlardan tamamilə imtina etmək lazımdır. Əsas məsələ – dişlərə düzgün qulluq etməkdir. “Əgər siz dişlərinizi gündə iki dəfə və hər dəfə azı iki dəqiqə boyunca düzgün texnika ilə fırçalayır, diş ipindən və ya irriqatordan istifadə edirsinizsə, şirin qidalar o qədər də böyük təhlükə yaratmır”, – deyə Baraqunova əlavə edib. O həmçinin xatırladıb ki, diş fırçalama zamanı yalnız ön səthlər deyil, həm də dişlərarası sahələr və diş ətinə yaxın hissələr də diqqətlə təmizlənməlidir. Sonda həkim xəbərdarlıq edib: “Əgər şirniyyat istehlakı, zəif gigiyena və diş həkiminə nadir müraciət bir araya gəlirsə, dişlər labüd şəkildə zərər görür. Amma əgər ağız gigiyenasına düzgün əməl olunursa, desertlərdən zövq almaq kifayət qədər təhlükəsizdir.”

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin