Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/22/2025

Paylaşın

HƏR ŞEYDƏN

“Diqqət et ki, ən asan çıxış yolu kimi ölümü seçməyəsən” (ardı, son)

Yustinian və Feodora, Yustinian, Feodora

Yanğın və qətl

Yeni yarış günü yanvarın 13-nə, edam olunanlarla bağlı qərardan üç gün sonraya təyin olunmuşdu. Ancaq bu dəfə venetlər və prasinlər öz komandalarına azarkeşlik etmək üçün yox, imperatordan həmin şəxslərin əfv olunmasını istəməyə gəlmişdilər. İmperatorun rədd cavabı kütlə arasında bir qığılcıma çevrildi. Küçələrə axışan xalq, imperatorun əsgərlərindən seçilmək üçün, daha sonra tarixdə qalan “Nika!” – “qalib gəl” – şüarını qışqıraraq üsyan qaldırdı. Prasinlər və venetlər birlik olub, son ümidlə imperatorun sarayına gedib ondan tanrı tərəfindən bağışlananları əfv etməsini istədilər. Yenə də cavabsız qalan kütlə artıq əngəl tanımadan şəhəri yandırmağa, türmələrə hücum edib məhkumları azad etməyə başladı. Şəhərin uzaq kvartallarında yaşayan əhali də bu hücumlara qoşulub hamamları, ictimai binaları, hətta şəxsi evləri də oda verib darmadağın edirdi.

Xalqın əhvalını dəyişmək və sanki baş verənlərə məhəl qoymadığını göstərmək üçün imperator Yustinian növbəti günə ippodromda yeni yarış təyin etdi. Qeyri-ciddi yanaşmadan azğınlaşan üsyançılar ippodromun bir hissəsini də yandırdılar. Bunu görən Yustinian senatı göndərib xalqın nə istədiyini soruşdu. Xalqın tələbi ilə kargüzarlıq müdiri İona Kappadokiyalı və şəhər başçısı Evdemonun dəyişdirilməsi qəbul olundu. Məmurlar dəyişdirilsə də, bu məsələnin həlli olmadı. Qızışmış xalq artıq gücünü hiss edib, sakitləşmirdi. Belə olduqda imperator növbəti səhv addımı atdı – qoşunu xalqın üzərinə göndərdi. Üsyançıları tikə-tikə doğrayan qoşun daha ağır nəticələrlə üzləşdi.
Növbəti gün imperatoru taxtdan salmaq üçün Yustiniandan öncəki hökmdar olan Anastasiyin qardaşı oğlu Provu taxta gəyitməyə cəhd etdilər. Lakin Prov mtina edib, qaçıb gizləndi və onun sarayı da yandırıldı. Azğınlaşmış kütlə qadın, günahsız bilmədən hər qabağına çıxanı bıçaqlayıb öldürür, şəhərə od vururdu.

Yanvarın 18-də Yustinian idarəni itirdiyinin fərqinə vardı və xalqa müraciət etmək üçün stadiona yığılmağa göstəriş verdi. İppodromda İncil (Evangeliya) əlində görünən imperatorun çıxışı belə oldu:

“Öz səhvlərimin fərqindəyəm və sizlərdən üzr istəyirəm. Heç kəsi cəzalandırmayacağam. Sizdən istəyim sakitləşməyinizdir. Hər şey mənim səhvlərim ucbatından baş verdi. Mən ippodromda müraciətlərinizə etinasız yanaşdım, sizi dinləmədim.”

Artıq bu çıxış üçün gec idi. Şəhərlilər imperatora inamını itirmişdi. Üsyançılar Yustinianı devirməyə qərarlıydılar. Onun yerinə isə imperatorun özünün qovduğu İpatiy taxta gətirildi və ippodromda imperator elan olundu.

Feodora və son həmlə

Yustinianın taxtı artıq yerindən oynamışdı. Panikaya düşən imperator yandaşlarını yığıb cəld qərar verməli idi. Artıq ağzına kimi qızıl ilə dolu gəmilər hazır vəziyyətdə idi. Feodora yoldaşının gücsüzlüyünə və döyüşmək yerinə təslim olmasına qəzəbləndi. Yustiniana bunu layiq görməyən Feodora ona bu sözləri dedi:

“Diqqət et ki, ən asan çıxış yolu kimi ölümü seçməyəsən. Bir kəlamda deyilir ki, hökmdarlıq – hakimiyyəti ən gözəl kəfəndir. Hakimiyyəti ələ al və idarəni əldən buraxma.”

Müdrik qadının bu sözləri Yustinianı silkələdi. İmperator və yandaşları taxt üçün savaşmağa qərar verdilər. Ordu başçısı, Yustinianın sadiq adamı Narses gizlincə saraydan venetlərə paylamaq üçün qızıl sikkələr göndərdi. Onları öz tərəfinə çəkdikdən sonra, Yustinianə sadiq əsgərlər ippodroma daxil olub qarşılarına çıxan bütün Nika üsyanının nümayəndələrini qətlə yetirib, taladılar

Məlumatlara görə 30 mindən çox insan qırıldı. Beləcə üsyan elə baş qaldırdığı məkanda – Konstantinopolun məşhur ippodromunda acımasızcasına yatızdırıldı.
İpatiy və Pompeyi həbs etdilər. Şəhəri yenidən bərpa etdilər. Yandırılmış bazilikanın yerində yeni, göstərişli Müqəddəs Sofiya kilsəsi ucaldıldı. Bu kilsə 9 əsr boyunca xristian aləminin ən böyük ibadət mərkəzi oldu… Bu gün İstanbulun incisi olan və məscidə çevrilən Aya Sofiya.
Yarışlar isə uzun müddət yenidən təşkil olunmadı – düz beş il…

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В повседневной жизни эмоции всегда рядом с нами: радость, грусть, гнев, страх, волнение, тревога…

Ən son

GÜNDƏM

Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin iştirakı ilə sabah Bakıda balıq

GÜNDƏM

Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin iştirakı ilə sabah Bakıda balıq
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin