Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/23/2025

Paylaşın

GÜNDƏM

Din Xadimlərinin II Forumunun iştirakçıları Fəxri xiyaban, Zəfər abidəsi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Din Xadimlərinin II Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə, Özbəkistan, Qazaxıstandan olan nümayəndə heyətləri Fəxri xiyaban, Zəfər abidəsi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Baki-baku.az xəbər verir ki, forum iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsi ziyarət edilib. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.
İştirakçılar həmçinin Hərbi Qənimətlər Parkında nümayiş etdirilən və Ermənistanın müharibə cinayətlərini sübuta yetirən eksponatlara baxıblar.
Qeyd edək ki, dekabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

XX əsrin əvvəlləri Azərbaycan mətbuatının və ictimai fikrinin inkişafında xüsusi mərhələ təşkil edir.

Ən son

GÜNDƏM

Havalandırma sistemli qum və yağ tutucuda döşəmənin inşası tamamlanıb, divarların dəmir-betonla hörülməsi davam etdirilir.

GÜNDƏM

Havalandırma sistemli qum və yağ tutucuda döşəmənin inşası tamamlanıb, divarların dəmir-betonla hörülməsi davam etdirilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin