Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/06/2026

Paylaşın

CƏMIYYƏT

Din və ateizm arasında dialoq mümkündürmü? – Hacı Surxayla müsahibə

IMG-20260306-WA0074

“Din və ateizm arasında dialoq mümkündür və hətta zəruridir”.

Bu sözləri Baki-baku.az-a müsahibəsində ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli bildirib.

– Ramazan ayı müsəlmanlar üçün dini baxımdan hansı mənanı daşıyır?

– Ramazan ayı İslamda xüsusi mənəvi və ilahi bir məktəb kimi qəbul olunur. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də oruc vacib edildi ki, təqvalı olasınız” (Bəqərə, 183). Bu ayədən də aydın olur ki, Ramazan ayının əsas mahiyyəti insanı təqvaya, yəni Allah qarşısında məsuliyyət hissinə çatdırmaqdır. İslam dinin də Ramazan “Allahın qonaqlıq ayı” kimi təqdim olunur. Məşhur Şəbaniyyə xütbəsində Peyğəmbər (s) buyurur ki, bu ayda möminlər Allahın rəhmətinə daha çox yaxınlaşmaq imkanı əldə edirlər. Buna görə Ramazan yalnız təqvimdə bir ay deyil, insanın ruhunun yenilənməsi və Allaha qayıdışı üçün xüsusi fürsətdir.

– Orucun əsas məqsədi nədir – yalnız dini ibadət, yoxsa mənəvi tərbiyə?

– Oruc yalnız ac və susuz qalmaqdan ibarət deyil. Əslində bu ibadət insanın bütün varlığını tərbiyə etməyə yönəlmişdir. İslam alimləri, o cümlədən İslam hədis mənbələrində qeyd olunur ki, oruc insanın dilini, gözünü, düşüncəsini və davranışını da tərbiyə etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur ki, oruc tutduğun zaman yalnız mədən deyil, qulaq, göz və dil də oruc tutmalıdır. Yəni insan qeybətdən, pis sözlərdən və mənəviyyata zidd davranışlardan çəkinməlidir. Buna görə orucun məqsədi sadəcə ibadət deyil, həm də insanın daxili dünyasını saflaşdırmaq və nəfsini tərbiyə etməkdir.

– Müasir dövrdə Ramazan ayının sosial həyatda rolu necə dəyişib?

– Müasir dövrdə həyat tərzi dəyişsə də, Ramazan ayının sosial mahiyyəti hələ də çox güclüdür. Bu ay insanları daha çox yardımlaşmağa, ehtiyacı olanlara əl tutmağa sövq edir. İftar süfrələri, xeyriyyə tədbirləri və sosial həmrəylik bu ayda daha da güclənir. Əslində Ramazan cəmiyyətin mənəvi atmosferini dəyişən bir ay kimi çıxış edir. İnsanlar bir-birinə daha mərhəmətli olur, ailə münasibətləri möhkəmlənir və cəmiyyət daxilində mənəvi birlik hissi artır.

– Ramazan ayının insanın xarakterinə və davranışına təsiri barədə nə deyə bilərsiniz?

Ramazan ayı insanın səbrini, iradəsini və özünə nəzarətini gücləndirir. Gün ərzində halal olan nemətlərdən belə uzaq durmaq insanın nəfsinə hakim olmağı öyrədir. Bu isə insanın xarakterinə müsbət təsir göstərir. İslam mənbələrində qeyd olunur ki, oruc insanı təvazökarlığa və mərhəmətə yaxınlaşdırır. İnsan aclığı hiss etdikdə yoxsulların halını daha yaxşı anlayır. Bu da onun davranışlarında daha çox empatiya və mərhəmət yaradır.

– Oruc tutmayan insanların Ramazan mühitində özlərini necə hiss etdiyini düşünürsünüz?

– Bu məsələ fərqli ola bilər. Bəzən insanlar müxtəlif səbəblərdən – sağlamlıq, səfər və ya başqa şəri üzrlərə görə oruc tuta bilmirlər. İslamda bu hallar nəzərə alınmışdır və bu insanlar günahkar sayılmırlar. Lakin ümumilikdə Ramazan ayının mənəvi mühiti çox güclü olduğu üçün oruc tutmayan insanlar belə bu atmosferdən təsirlənə bilirlər. Onlar da çox vaxt bu ayın hörmətini qorumağa çalışırlar və cəmiyyətin mənəvi ruhuna uyğun davranmağa üstünlük verirlər.

– Son zamanlarda yenidən ateizm dalğası, xüsusən də sosial şəbəkələrdə coşmaq istəyir. Ateizm nədir və insanlar hansı səbəblərdən ateist olurlar?

– Ateizm ümumilikdə Allahın varlığını inkar edən bir düşüncə sistemidir. İnsanların ateizmə yönəlməsinin müxtəlif səbəbləri ola bilər. Bəzən bu, dini biliklərin zəif olması ilə bağlıdır, bəzən də dinin yanlış təqdim olunması və ya bəzi dini davranışların insanlarda mənfi təsir yaratması ilə əlaqəlidir. Digər tərəfdən, müasir dövrdə materialist düşüncənin və texnoloji inkişafın təsiri ilə bəzi insanlar yalnız maddi dünyanı əsas qəbul etməyə meyl edirlər. Lakin İslam alimləri qeyd edir ki, insanın fitrəti – yəni daxili təbiəti – onu ilahi həqiqəti axtarmağa yönəldir.

– Din və ateizm arasında dialoq mümkündürmü?

– Bəli, mümkündür və hətta zəruridir. İslamda dialoq və düşüncə mübadiləsi təşviq olunur. Quranda da insanları düşünməyə və dəlil gətirməyə çağıran çoxlu ayələr var. İslam  alimləri də həmişə ağıl və məntiq əsasında müzakirənin tərəfdarı olublar. Məsələn, İmam Əli (ə) buyurur ki, insanın dəyəri onun düşüncəsi qədərdir. Buna görə də din ilə ateizm arasında qarşılıqlı hörmət və məntiqi müzakirə əsasında dialoq qurmaq mümkündür. Belə dialoq həm dini düşüncəni daha düzgün təqdim edir, həm də insanların suallarına cavab tapmasına kömək edir.

Söhbətləşdi: Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz

Ən son

İQTİSADİYYAT

Baki-baku.az xəbər verir ki, elə bir şəraitdə Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan beynəlxalq logistika xəritəsində

İQTİSADİYYAT

Baki-baku.az xəbər verir ki, elə bir şəraitdə Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan beynəlxalq logistika xəritəsində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin