“Dendrologiya bağı”nda təmir-bərpa işlərinin yekunlaşması ilin sonuna nəzərdə tutulub.
Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təmir olunan bağda ziyarətçiləri bir sıra yeniliklər gözləyir. Həmçinin burada yerləşən tikililərin bərpası da həyata keçirilir.
Eyni zamanda burada elmi işlərin aparılması üçün bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi, Ekologiya və iqlimləşdirmə, Meşə ekosistemləri, Landşaft memarlığı və sistematika, Dendroxronologiya və Təsərrüfat əhəmiyyətli bitkilər laboratoriyası fəaliyyətini davam etdirir. Bütün işlərin fonunda bitki örtüyü qorunması da prioritet məsələlərdən biridir. Bitkilərə xüsusi qulluq edilir, onlar mühafizə olunaraq zərər gəlməsinin qarşısı alınır.
Baki-baku.az-ın “Dendrologiya bağı”ndan hazırladığı geniş reportajla buradan tanış ola bilərsiniz.