Təmir-bərpa işlərinin aparıldığı “Dendrologiya bağı”nın 12 hektarlıq sahəsində ziyarətçiləri bir sıra yeniliklər gözləyir.
Baki-baku.az xəbər verir ki, bağın ərazisində yeni tikilmiş istixanalar və inzibati bina, yeni fontan hovuzu, uşaqlar üçün yeni əyləncə meydançası olacaq.
Həmçinin burada mövcud digər hovuzlar, piyada yolları, nəzarət-buraxılış məntəqəsi və köməkçi tikililər təmir edilir. Ərazi boyunca uzanan hasar yenidən qurulur, parkın bütün ərazisinin abadlaşdırılması, müasir işıqlandırma sisteminin quraşdırılması işləri davam edir.
Baki-baku.az-ın “Dendrologiya bağı”ndan hazırladığı geniş reportajla buradan tanış ola bilərsiniz.