Nəşr edilmişdir 05/27/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

“De ki, sən Nadirin oğlusan! Qılıncın oğlusan!” – Nadir Şah Əfşar

Nadir şah Əfşar, Əmir Teymur

Hindistanı fəth edən türk hökmdarlar çox olub. Onların arasında Qəznəli Mahmudun, Əmir Teymur, Babur şahın Dehli sultanı Qütbəddin Aybəkin, ayrıca yeri, məqamı olub. Nadir şah Əfşarın üzərinə yeriyəcəyəni eşidən Moğol hökmdarı Məhəmməd şahın Hindistana hücum etməyəcəyi təqdirdə Tacındakı almazı ona göndərəcəyinə vəd verib. Qəzəbini gizlətməyən Nadir şah Əfşar elçisi ilə Moğol hökmdarına xəbər yollayıb: “Gələcəyəm! Tacındakı almazı Tacınla birlikdə Səndən almaq üçün gələcəyəm!” 1739-cu ildə dediyini gerçəyə çevirib. Dehliyə qoşun yeridib. Karnal düzündə Məhəmməd şahla üz-üzə gələn Nadir şah ilk həmlədən 300 minlik moğol ordusunu yerlə bir edib. Onu əlində tac təzimə gələn Moğol hökmdarını, Oğuz törəsinə layiq ehtiramla qarşılayıb. Onunla Türkmən türkcəsində dialoq aparıb. Hər ikisinin türkmən olduğunu hörmətlə dilə gətirib. Karnal döyüşü, Dehlinin fəthi Novruz bayramına və Qurban bayramına təsadüf etdiyindən bayram təntənələrində qatılıb. O, Dehliyə daxil olanda adına xütbə oxunub. Dehli zərbxanasında şərəfinə sikkə kəsilib. Moğol hökmdarı Məhəmməd Şah qürur duyduğu 500 karatlıq iri brilyant həkk olunan tacı Nadir Şahın başına öz əliylə qoyub. Nadir Şah Moğol hökmdarının lütfünü özünəməxsus qarşılayıb. “Demişdim axı gələcəyəm, Tacındakı almazı Tacınla birlikdə almaq üçün, gələcəyəm! Gəldim, amma almıram! Şərt güvəndiyin tacda, tacdakı almazda deyil, Tac-Mahaldadır! Onu da biz yapmışıq! Mən bura bizim olan Taxt üçün gəlmişəm. Sən unutdun. Əvvəl Taxt, sonra Tacdır! Səndə də mənim qanım axır! Bizim olanı bizdən ancaq Tanrı ala bilər!

Nadir Şahın Hindistan səfəri başqa bir müqəddəsliklə də yadda qaldı. Səfər çərçivəsində o, oğlunu Dehli şahzadəsinin qızı ilə evləndirdi. Bu zaman maraqlı bir hadisə yaşandı. Moğol qanununa görə şahzadə yeddi arxa dönəni barədə saray əyanları hüzurunda söz deyib, hesab verməli idi. Bunu eşidən nadir Şah oğluna deyir: “Onlara yeddi yox, yetmişinci nəslə çatınca de ki, sən Nadirin oğlusan! Qılıncın oğlusan! Qılıncın nəvəsisən!”

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

Ən son

GÜNDƏM

Baki-baku az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zirvə görüşündə çıxış edib.

GÜNDƏM

Baki-baku az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zirvə görüşündə çıxış edib.