Nəşr edilmişdir 01/31/2025

Paylaşın

GÜNDƏM

Daşkənd və Bakı səfərlər üçün biometrik pasportlardan istifadəyə icazə verə bilər

Bakibaku

Özbəkistan və Azərbaycan iki ölkə arasında səfərlər üçün xarici pasport əvəzinə biometrik pasportlardan istifadə imkanını nəzərdən keçirir.
Baki-baku.az xarici mətbuata istinadən xəbər verir ki, bu məsələ Özbəkistanın Daxili İşlər Nazirliyinin Giriş-Çıxış və Vətəndaşların Rəsmiləşdirilməsi İdarəsi və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri arasında müzakirə edilib.
Müzakirələr hər iki ölkənin Xarici İşlər nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Özbəkistan və Azərbaycan sərhədlərini keçmək üçün biometrik ID kartlarının sənəd kimi tanınması mümkünlüyü müzakirə edilib.
Tərəflər qeyd ediblər ki, bu addım vətəndaşların hərəkətini asanlaşdıracaq, ikitərəfli münasibətləri gücləndirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək.
Bununla bağlı qərarın qəbul ediləcəyi halda biometrik ID kartlardan istifadə etməklə hər iki ölkəyə səfərlər daha rahat olacaq və hər iki ölkənin vətəndaşları üçün xarici pasport almadan sərhədi keçmək imkanı yaranacaq.
Bu qərarın qəbul edilməsinin iki ölkə arasında ticari-iqtisadi, mədəni və turizm əlaqələrini gücləndirəcəyi gözlənilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Birol Akgün Bakıya gəlib.Bu barədə Baki-baku.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.Qeyd edək

Ən son

ƏSAS XƏBƏRLƏR

Bitkilərin bir neçə çoxaltma üsulları vardır ki, bunlardan ən geniş istifadə olunan üsullar toxumla, qələmlə

GÜNDƏM

Dünyanın sahəsinə görə ən böyük gölünün Xəzər olduğu çoxlarına, ələlxüsus da azərbaycanlılara məlumdur. Sahilində yaşadığımız,

GÜNDƏM

Bakı Şəhər Gənclər və İdman İdarəsində (BŞGİİ) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə mükafatlandırma