Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/15/2025

Paylaşın

GÜNDƏM

“Daha yaxşı gələcəyin vədi” – Bakıda Meksika muzeyinin sərgisi açılıb

"Daha yaxşı gələcəyin vədi", Meksika,

Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılışı keçirilib.

Baki-baku.az xəbər verir ki, sərgi Meksikanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Anauakali Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı reallaşır.

Dünyaca məşhur meksikalı rəssam Dieqo Riveraya (1886-1957) həsr olunmuş sərgi Anauakali Muzeyinin beynəlxalq miqyasda təqdim etdiyi ilk layihədir. Sərgidə rəssamın bədii irsini əhatə edən 100-ə yaxın fotoqrafik reproduksiya – divar rəsmləri, rəsm və eskizlər, eləcə də arxiv fotoşəkilləri və sənədlər nümayiş etdirilir.

Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov və Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin direktoru Tereza Moya çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Çıxışlarda sərginin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.

Sərginin mərkəzi bölməsi Dieqo Riveranın şəxsi təşəbbüsü ilə yaradılmış Anauakali Muzeyinə həsr olunub. Mexiko şəhərində yerləşən bu unikal məkan rəssamın özü tərəfindən layihələndirilib.

Sərgi dekabrın 30-dək ziyarət üçün açıq olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qəbələdə aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə təkbətək görüşü keçirilib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin