Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/31/2025

Paylaşın

GÜNDƏM

Dənizdə yaşayan qəbilə – Bajauların su ilə zəngin həyatı

Bajau, Bajau xalqı, "Dəniz qaraçıları", "Dəniz köçəriləri"

Sualtı dünyaya hər kəs eyni gözlə baxmaz. Kimi onun içində boğular, kimi isə yaşayar. Bajau xalqı da o suyu həyat tərzinə çevirənlərdəndir. Onlar minillərdir ki, quruya bağlı olmadan, dənizlə nəfəs alaraq yaşamağı bacaran nadir insanlardır.

Baki-baku.az bu yazıda Bajau xalqının yaşam tərzinə toxunur, onların dənizlə bağlılıqlarından söz açır.

Bajau qəbiləsi əsasən Malayziya, İndoneziya və Filippinin cənub hissələrində yaşayan yarı köçəri dəniz icmalarıdır. Onlar çox vaxt “Dəniz qaraçıları” və ya “Dəniz köçəriləri” kimi tanınırlar. Ənənəvi Bajau ailələri taxta qayıqlarda yaşayır, quruya yalnız ticarət və təməl ehtiyaclar üçün çıxırlar. Qayığın içi onların evidir. Bundan əlavə suyun üzərində kiçik komaları da var. Amma günün əksər hissəsi suda və ya qayıqda keçir.

Bajau bioloji möcüzədir

2018-ci ildə aparılan elmi araşdırmalar Bajau xalqının yalnız mədəni baxımdan deyil, bioloji uyğunlaşma baxımından da unikal olduğunu ortaya çıxardı. Onların dalaqları adi insana nisbətən 50 % daha böyükdür. Dalaq sualtı dalış zamanı oksigenin dövr etdirilməsinə yardım edir. Bu o deməkdir ki, Bajau insanları nəfəs almadan 5-10 dəqiqə ərzində 60 metrə qədər dərinliklərə dala bilirlər. Bu isə insan orqanizminin təbiətə uyğunlaşmasında nadir rast gəlinən genetik dəyişikliklərdən biridir.

Dənizin öyrətdiyi sənət: Sualtı ovçuluq

Balıqçılıq onların həyatının mərkəzidir. Onlar sadə nizələr, torlarla dənizin dibindən balıq, kalmar və digər dəniz məhsullarını toplayırlar. Hər bir Bajau uşağı balıq ovlamağı hələ 5 yaşından öyrənir. Hətta demək olar ki, gəzməyə başlamazdan əvvəl üzməyi öyrənirlər. Onlar dənizin dilini, ritmini, hiddətini və mehrini əzbər bilir. Gözlərini suyun altında açaraq, məhdud görünüşlə ovlarını tapmağı və qayıqlarına gətirməyi bacarırlar.

Bajau mədəniyyəti: Rənglərin və ritmlərin dili

Bajau xalqının dili, rəqsləri və musiqisi də dəniz qədər dərin və melodikdir. Onlar Sama-Bajau dillərində danışırlar. Hər il Malayziyada keçirilən “Lepa-Lepa” festivalı zamanı onların bəzədilmiş qayıqları, rəngli geyimləri və xalq rəqsləri ilə əhatələnmiş mərasimlər mədəni irsin canlı nümayişinə çevrilir. Bu festival həm də onların dənizlə qurduğu mənəvi bağın bayramıdır.

Unudulan xalq: Çətinliklər və müasir dövr

Amma bu füsunkar həyatın arxa tərəfində ciddi problemlər gizlənir. Bajau insanlarının əksəriyyəti doğum şəhadətnaməsinə və rəsmi vətəndaşlıq statusuna malik deyil. Onlar səhiyyə, təhsil və hüquqi müdafiədən kənarda yaşayırlar. Dənizlərin çirklənməsi və balıq ehtiyatlarının azalması isə onların əsas dolanışıq vasitələrini təhlükə altına salır. Gənc nəsil müasir həyat tərzinə can atdıqca, Bajau mədəniyyəti tədricən unudulmaq təhlükəsi ilə üz-üzə qalır.

Bajau xalqı bəşəriyyətin su ilə harmoniya içində yaşaya biləcəyinin canlı sübutudur. Onların həyatı insanın təbiətlə barışa biləcəyini, sadəlik içində dərin bir fəlsəfə gizlətdiyini göstərir. Elə bu səbəbdən də Bajau qəbiləsi yalnız antropoloqların deyil, onlar barədə məlumatı olan hər bir insanın maraq dairəsindədir.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Распространенный ароматизатор - ваниль - может оказаться под угрозой из-за климатических изменений, которые нарушают взаимодействие между дикими орхидеями

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Karin Keller-Sutteri ölkənin milli bayramı münasibətilə təbrik

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Karin Keller-Sutteri ölkənin milli bayramı münasibətilə təbrik