Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/23/2025

Paylaşın

GÜNDƏM

Dəmiryolu xətti boyu qanunsuz evlər: 156 ailə təhlükəli şəraitdə yaşayır

Paytaxtın Nərimanov rayonu ərazisində Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında uzun müddət əvvəl tikilən qanunsuz evlər var ki, bu barədə sosial şəbəkələrdə də kifayət qədər görüntülər yayılır.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, hazırda sözügedən ərazidə 161 qeyri-qanuni tikilmiş ev var və burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır.
Aparılan araşdırmalar göstərir ki, həmin evlərdə yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir.
Həmçinin bunların içərisində 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib.
Qeyd edək ki, bu evlər sənədsiz və qeyri-qanuni tikilməsi ilə yanaşı, ciddi problemlərə də yol açır. Belə ki, həmin tikililər dəmir yolunun mühafizə zolağında yerləşir və bu da bir tərəfdən dəmiryolu nəqliyyatına ciddi problemlər yaradır, digər tərəfdən isə həmin evlərdə yaşayan şəxslər üçün təhlükə kəsb edir. Verilən hesabatlara nəzər salsaq görərik ki, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq insan həyatnı itirib və ya ağır xəsarət alıb.
Qanunsuz evlərin yaratdığı növbəti problem isə əraziyə yanğınsöndürən, təcili tibbi yardım maşınlarının daxil ola bilməməsidir ki, bu da fövqəladə hallarda ciddi fəsadlara yol aça bilər.
Həmçinin bu ərazilərdə kommunal xidmət çox aşağı səviyyədədir və işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti hökm sürür.
Bütün bunlarla yanaşı, həmin evlər şəhərin ümumi görünüşünə də ciddi xəlil gətirir.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb