Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/17/2025

Paylaşın

GÜNDƏM

Dərnəgüldə gecə saatlarında taksilər: Buraxılış kartı növbəsi və zəbt olunan hərəkət zolağı

Dərnəgüldə, Ziya Bünyadov prospektində gecələr qəribə bir mənzərə yaranır. Gecə saat 2-3 radələrində işıqları yanıb-sönən onlarla taksi bir nöqtədə cərgə ilə dayanır. Sürücülər bu növbəyə təkcə sərnişin gözləmək üçün deyil, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilən buraxılış kartını əldə etmək üçün düzülürlər.
Baki-baku.az xəbər verir ki, bu kart olmadan taksi fəaliyyəti göstərmək qanunla mümkün deyil. Lakin onun alınması prosesi o qədər uzanıb və bürokratik mərhələlərə çevrilib ki, sürücülər gün işığında növbəyə dura bilmir, gecə saatlarından etibarən yerlərini tutmağa məcbur qalırlar. Onlar deyirlər ki, səhər açılmadan gəlməsələr, növbə onlara çatmır.
Bu növbə yalnız vaxt itkisi deyil, yol hərəkətinin təhlükəsizliyinə də ciddi təsir göstərir. Taksilər buraxılış kartı almaq məqsədilə yolun hərəkət hissəsini zəbt edir, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə olurlar.
Məsələnin diqqət çəkən tərəfi isə AYNA-nın bu vəziyyətə reaksiya verməməsidir. Agentlik nə sürücülərin gecədən növbəyə düzülməsi ilə bağlı açıqlama verir, nə də bu vəziyyətin qarşısını almaq üçün yeni mexanizmlər tətbiq edir. Halbuki, rəqəmsal növbə sistemi və ya əvvəlcədən qeydiyyat mexanizmi qurulsa, həm sürücülərin vaxt itkisi, həm də yolun hərəkət hissəsinin zəbt edilməsi problemi aradan qalxar.
Bu səhnə təkcə inzibati bir problem deyil, həm də paytaxtın gündəlik həyatının real mənzərəsidir.
Bu mənzərə bir sualı önə çıxarır. Nə üçün sadə bir buraxılış kartı almaq bu qədər çətin olmalıdır? Əgər məqsəd qayda-qanunu təmin etməkdirsə, niyə bu proseslər elə təşkil edilmir ki, sürücü gecəni yollarda keçirmək məcburiyyətində qalmasın?
Mövzu ilə əlaqədar aidiyyəti quruma müraciət ünvanlasaq da, qarşı tərəf bu məsələ ilə bağlı susmağı üstün tutdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Ən son

GÜNDƏM

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin

GÜNDƏM

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin