Nəşr edilmişdir 10/24/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Dənizkənarı Milli Park

Dənizkənarı Milli Park

Dənizkənarı Milli Park – Bakı bulvarı ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılıb və sahil boyu 650 metr uzunluğunda tikilməsi üçün memar Qasım bəy Hacıbababəyov tərəfindən mühəndis və planlaşdırma işləri aparılıb. 1909-cu ildə mühəndis Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə Bakı bulvarının salınması işlərində məşhur memar Adolf Eyxler də fəal iştirak edib. İlk bulvarın ərazisi “Daş körpü”dən (indiki Azneft meydanından) “Qafqaz və Merkuri” şirkətinin körpüsünə (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasına) kimi olan ərazini əhatə edirdi. 1930-cu illərdə bulvarın ikinci hissəsi tikilib.

1969-cu ildə – Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bulvarın ərazisi genişləndirilərək 3,7 kilometrə çatdırılıb. Ulu Öndərin 29 dekabr 1998-ci il tarixli, 50 nömrəli Fərmanı ilə Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilib. Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasına daxil edilib.

Milli Parkın ərazisinin genişləndirilməsi və inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olub. Onun tapşırığı və rəhbərliyi ilə Dənizkənarı Milli Parkın ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. 2015-ci ildə bulvarın iki istiqamətdə genişləndirilməsi işi başa çatıb. Birinci – Bibiheybət istiqamətində Bayıl bulvarı, digəri – Dəniz Ticarəti Limanından “Bulvar” hotelə kimi uzadılan Ağ Şəhər bulvarıdır. Hazırda bulvarın uzunluğu 16,7 kilometrə çatdırılıb, ümumi yaşıllıq sahəsi isə 94,63 hektar təşkil edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq. Baki-baku.az Maliyyə Nazirliyinə istinadla xəbər

Ən son

GÜNDƏM

 Bakıda 148 nəfər XII sinifdə təhsil alır. Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

GÜNDƏM

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il

GÜNDƏM

Hər il olduğu kimi bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda