Nəşr edilmişdir 11/01/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

COP29 çərçivəsində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq

Baki-Baku.az xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində müasir mənzərə rəngkarlığımızın görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə-təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Burada doğma vətəni böyük sevgi və ehtirasla sevən dahi sənətkarın Azərbaycan təbiətinin bütöv obrazını, özünəməxsus koloritini, harmoniyasını, solmayan gözəlliyini əks etdirən 40- dan çox rəngkarlıq tabloları və eləcə də qrafik lövhələri maraqlı konsepsiya əsasında nümayiş etdiriləcək.

Qeyd edək ki, noyabr 7-də açılacaq sərgi gələn il yanvarın sonuna qədər davam edəcək.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba

Ən son

DİGƏR XƏBƏRLƏR

Regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik.Baki-Baku.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.Məlumata

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən