Nəşr edilmişdir 12/13/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Azərbaycanın tanınmış fizik alimi – Çingiz Qacar

Azərbaycanın tanınmış fizik alimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Uşaqlıqdan dəqiq elmlərə marağı olan Çingiz orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Rusiyaya yollanıb. O, 1947-1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda (indiki Sankt Peterburq Texniki Universiteti) texniki fizika sahəsində Mühəndis – tədqiqatçı fakültəsində oxuyub.
Təhsilini başa vurduqdan sonra iş fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada əmək qoyaraq böyük elmi işçiyə qədər yüksəlib. Daha sonra 26 fevral 1971-ci ildən “Mikrodalğalı spektoroskopiya” laboratoriyasına rəhbərlik edib.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində dərs deyib və 1973-cü ildə “Bəzi biratomlu spirtlərin və onların əvəzedicilərinin mikrodalğalı spektroskopiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Onun rəhbərliyi ilə TUBİTAK Türkiyə Elmi Mərkəzində “Kompüterləşdirilmiş topoqrafik istilikgörmə” layihələşdirilib konstruksiya olunub. Həmin kompleks Türkiyə Topoqrafik Mərkəzi ilə müvəffəqiyyətlə sınaqdan keçirilib.
Ç.Qacar ilk dəfə biratomlu spirtlərin onların çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturları və dipol momentləri araşdırıb. Bu sahədə bir sıra yeniliklərə imza atmış alim bununla yanaşı, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması və quraşdırılması, həmçinin zavod şəraitində istehsalı ilə məşğul olub.
Yüksək səviyyəli işlərinin nəticəsinə, molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə, Ç.Qacar 1982-ci ildə Azərbaycan SSR-in Dövlət mükafatına və SSR EA-nın S.İ.Vavilov adına mükafatı ilə təltif olunub. Həmçinin 1990-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni və 2014-cü ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb.
Çingiz Qacar 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. O, 200-ə yaxın elmi məqalənin, 50 müəlliflik şəhadətnaməsi və patentin, fizikanın sahələri və tarixinə aid Azərbaycan, rus və ingilis dillərində 10 monoqrafiyanın müəllifi olub, rəhbərliyi altında 24 fəlsəfə, 8 elmlər doktoru hazırlanıb.
Akademik 2021-ci ildə 92 yaşında vəfat edib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür. «Bakı» qəzeti fəaliyyətə başlayanda

Ən son

ƏSAS XƏBƏRLƏR

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.Baki-baku.az President.az-a istinadən bildirir ki, məktubda

GÜNDƏM

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul

GÜNDƏM

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu öz işinə başlayıb.Baki-baku.az xəbər verir ki, tədbir “Dini maarifləndirmənin aktual