Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/19/2025

Paylaşın

GÜNDƏM

Çimərlikdə təhlükəsizlik qaydaları

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Baki-baku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib.

Müraciətdə qeyd edilib ki, əhaliyə su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırış olunur.

Nazirlik bildirib ki, aşağıdakılar qadağandır:

  • çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
  • çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
  • küləkli havada dənizə girmək;
  • çimərlikdə gecələmək;
  • sərxoş halda çimərlikdə olmaq;
  • suda kobud hərəkətlər etmək;
  • çimərlikdə balıq tutmaq;
  • xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

  • çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
  • qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Misirdə məşhur Xeops ehramı qullar deyil, peşəkar işçilər tərəfindən inşa edilib