Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/29/2026

Paylaşın

HƏR ŞEYDƏN

Çilinin faciəsi Bakı küçələrində: “Çili üzərində gecə” filmi Azərbaycanda necə çəkilib

“Çili üzərində gecə"

1977-ci ildə çilili kinorejissor Sebastyan Alarkon 1973-cü ildə Çilidə baş vermiş qanlı hərbi çevrilişə və Pinoçet xuntasının törətdiyi repressiyalara həsr olunmuş “Çili üzərində gecə” adlı tarixi dram filmi çəkdi. “Mosfilm” kinostudiyasının bazasında ərsəyə gələn ekran əsəri Onuncu Moskva Beynəlxalq Kino Festivalında rejissor debütü üçün xüsusi mükafata layiq görüldü. Lakin filmin ən maraqlı məqamlarından biri onun Çilidə deyil, Azərbaycanda — Bakıda çəkilməsidir.

Filmdə Çilinin paytaxtı Santyaqonun “rolunu” Bakı oynayıb. Tarix boyu dəfələrlə müxtəlif şəhərləri “əvəz edən” Bakı bu dəfə Latın Amerikası paytaxtına çevrilib. Şəhərin küçələri, həyətləri və məkanları elə ustalıqla istifadə olunub ki, tamaşaçıların böyük əksəriyyəti filmin məhz Bakıda lentə alındığını hiss etmir. Parlaq reklam lövhələrinin yerini divarlardakı vərəqələr, plakatlar və qraffitilər alıb, neon işıqlar isə boya ilə örtülmüş pəncərələr və divarlarla əvəz olunub. Maraqlıdır ki, Bakı həyətlərini xüsusi şəkildə dəyişdirməyə belə ehtiyac qalmayıb.

Filmin əsas səhnələri Bakının küçələrində, həyətlərində, Lenin adına stadionda çəkilib. Bundan başqa, bəzi epizodlar Abşeron ərazisində və daş karxanalarında lentə alınıb. Yarı-sənədli üslubda çəkilən film sürətli kadrlar və titrək kamera səbəbindən şəhəri tam tanıtmasa da, stadion və bəzi məkanlar diqqətli tamaşaçı üçün seçilə bilir.

Ekran əsərində azərbaycanlı aktyorlar da yer alıb. Titrlərdə Cəlil Ağayev, Mayak Kərimov, Şahmar Ələkbərov, Şəmsi Şəmsizadə, Salam İsmayılov, eləcə də Azərbaycan kinosunun tanınmış simaları Tariyel Qasımov və Sadıq Hüseynovun adları çəkilir. Xüsusilə Sadıq Hüseynovun canlandırdığı qoca kəndli obrazı filmin ən təsirli simvollarından biridir və Çilidə minlərlə günahsız insanın yaşadığı faciəni ümumiləşdirilmiş şəkildə tamaşaçıya çatdırır.

“Çili üzərində gecə” filminin operatoru məşhur fotoqraf Georgi Pinxasov idi — o, “Magnum” fotoagentliyinin ilk və yeganə sovet üzvü kimi tarixə düşüb. Onun kamerası Bakı məkanlarını Santyaqo faciəsinin səssiz şahidinə çevirə bilib.

Vaxtilə bəziləri tərəfindən sovet təbliğatı kimi tənqid olunsa da, “Çili üzərində gecə” bu gün də güclü antifaşist və antimüharibə filmi kimi dəyərləndirilir. Eyni zamanda film Azərbaycan kinosu tarixində Bakının dünya kinosunda “başqa şəhər” kimi uğurla istifadə olunduğu maraqlı nümunələrdən biri olaraq qalır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

Ən son

İdman

1904-cü il Sent-Luis Olimpiadasının marafonu dünya idman tarixinin ən qəribə, ziddiyyətli və həqiqətən narahatedici epizodlarından

İdman

1904-cü il Sent-Luis Olimpiadasının marafonu dünya idman tarixinin ən qəribə, ziddiyyətli və həqiqətən narahatedici epizodlarından
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin