Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/25/2026

Paylaşın

HƏR ŞEYDƏN

Çiçək vadisi – Himalayların canlı göyqurşağı

Çiçək vadisi

Çiçək vadisi Milli Parkı (Valley of Flowers) Hindistanın qərbi Himalay yamaclarında yerləşir və zəngin flora və faunası ilə seçilən yüksək dağlıq mənzərəli çəmənlikləri ilə məşhurdur. Bu, regionun ən heyranedici təbiət məkanlarından biridir və çiçəklənən bitkilərin saysız-hesabsız rəng və çalar müxtəlifliyi ilə baxanları valeh edir.

Parkın ərazisi 87,5 kvadrat kilometrdir. Vadinin özü təxminən 8 kilometr uzunluğunda və 2 kilometr enindədir. O, dəniz səviyyəsindən 3500–4000 metr yüksəklikdə yerləşir.

Mussonlar dövründə vadi bütöv bir çiçək xalçasına çevrilir — burada 500-dən çox bitki növü, o cümlədən nadir və unikal nümunələr yetişir. Dünyaca məşhur yüksək dağlıq Çiçəklər Vadisi 1931-ci ildə zirvəsinə qalxış zamanı Britaniya alpinistlərindən ibarət qrup tərəfindən kəşf edilmişdir. Ekspedisiyaya Frank Smit rəhbərlik edirdi və onlar Kamet zirvəsinə qalxırdılar. Səfər zamanı güclü siklon onları yaxalamış və təbiət hadisəsindən sığınacaq axtararkən iştirakçılar təsadüfən heyrətamiz, demək olar ki, qeyri-real gözəlliyə malik bu vadini aşkar etmişdilər. Smitin xatirələrinə görə, “bir dənə də çiçəyin üzərinə basmadan addım atmaq mümkün deyildi”. Gördüklərindən valeh olan tədqiqatçı vadidə altı həftə qalmış və İngiltərəyə qayıtdıqdan sonra “Çiçək vadisi” (“Valley of Flowers”) adlı kitab yazmışdır. Məhz bu kitab sayəsində məkan geniş ictimaiyyətə tanınmışdır.

Təbii ilkinliyini, unikal ekosistemləri və zəngin biomüxtəlifliyi qorumaq məqsədilə 1982-ci ildə əraziyə rəsmi olaraq Hindistanın milli parkı statusu verilmişdir. 2004-cü ildə o, Nandadevi qoruğu tərkibinə daxil edilmiş, 2005-ci ildə isə UNSECO-nun Dünya İrsi Siyahısına salınmışdır.

Dəniz səviyyəsindən təxminən 3658 metr yüksəklikdə, qarlı zirvələr, qayalı dərələr, coşqun dağ çayları və şəlalələrlə əhatələnmiş Çiçəklər Vadisi ilin böyük hissəsində qar örtüyü altında qalır. Lakin yazın gəlişi ilə sanki yenidən canlanır: iyul və avqust aylarında ərazi zəngin rəng palitrası və saysız çalar müxtəlifliyi ilə göz oxşayan sıx çiçək örtüyünə bürünür. Buradakı bitki örtüyü son dərəcə qısa vegetasiya dövrü ilə xarakterizə olunur – bəzi növlər hələ çiçəkləyib solmamış, digərləri yeni rəng və formalarla onları əvəz edir. Məhz rənglərin bu fasiləsiz dəyişməsi səbəbindən Çiçəklər Vadisi tez-tez “canlı göyqurşağı” adlandırılır.

Təxminən 87 kvadrat kilometr ərazidə 600-dən çox subalp, alp və yüksək dağ bitkisi növü yetişir. Onların əhəmiyyətli hissəsi endemik, nadir və ya nəsli kəsilmək təhlükəsi altında olan növlərə aiddir. Daha 31 növ rəsmi olaraq yox olmaq təhlükəsində hesab olunur, 45 növ isə müalicəvi xüsusiyyətlərə malikdir və yerli əhali tərəfindən ənənəvi tibbdə geniş istifadə edilir. Bəzi bitkilər Nandadevi ilahəsinə və digər hindu tanrılarına həsr olunan dini ayinlərdə də tətbiq olunur.

Vadidə zanbaqlar, primullar, kalendula, çobanyastığı, anemonlar, qızçiçəyi, orxideya növləri, çınqılotu, uzunyarpaq morina, ivan-çay, toyçiçəyi, Himalay zəngiçiçəyi, bataqlıq sunərgizi, lalələr, Nepal qaymaqçiçəyi, rododendronlar, eləcə də məşhur Himalay mavi qərənfili və çoxsaylı digər çiçəkli bitkilər rast gəlinir.

Parkın faunası da zəngindir və nadir, qorunan növləri əhatə edir. Burada 13 növ məməli yaşayır. Onların arasında irbis, Himalay ayısı, Himalay müşk maralı, sarıdöş dələ, Himalay gəlinciyi, Bharal qoyunu və Himalay tarı var. Bundan əlavə, vadidə 114 növ quş və çoxlu sayda kəpənək növü qeydə alınmışdır.

Hər il yay aylarında dünyanın müxtəlif guşələrindən minlərlə səyyah təbiətin yaratdığı bu “canlı” çiçək örtüyünü öz gözləri ilə görmək üçün buraya gəlir. Qonaqlar üçün planetin ən mənzərəli guşələrindən biri ilə daha yaxından tanış olmağa imkan verən xüsusi turizm marşrutu hazırlanmışdır.

Eyni zamanda, ziyarət qaydaları olduqca sərtdir: turistlərə park ərazisində gecələmək, çadır qurmaq və nəqliyyat vasitələrindən istifadə etmək qadağandır. Bütün ziyarətçilər qaranlıq düşməzdən əvvəl vadini tərk etməlidirlər. Girişdən əvvəl rəsmi icazə almaq və müəyyən edilmiş giriş haqqını ödəmək tələb olunur.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq bağlarının olduğu barədə kifayət qədər maraqlı məlumatlar var.

Ən son

GÜNDƏM

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə

GÜNDƏM

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin