Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/31/2025

Paylaşın

HƏR ŞEYDƏN

“ChatGPT”də aparılan söhbətlər məhkəmədə dəlil kimi istifadə oluna bilər

"ChatGPT", Süni İntellekt, OpenAİ

“ChatGPT” istifadəçiləri ilə aparılan söhbətlər məxfi sayılmır və müəyyən hallarda məhkəmələrdə sübut kimi istifadə oluna bilər”.

Baki-baku.az-ın məlumata görə, bu barədə “OpenAI” şirkətinin baş direktoru Sem Altman xəbərdarlıq edib.

O bildirib ki, “ChatGPT” ilə aparılan yazışmalar, hüquqi baxımdan real terapevt, həkim və ya hüquqşünasla aparılan söhbətlər səviyyəsində qorunmur:

“Əgər siz “ChatGPT” ilə ən şəxsi məsələlərinizi müzakirə edirsinizsə və sonra məhkəmə prosesi başlayırsa, bizdən həmin məlumatları təqdim etmək tələb oluna bilər. Məncə, bu, çox yanlışdır”, – deyə o qeyd edib.

“OpenAI” rəhbəri yeni məxfilik qanunlarının qəbul edilməsinin vacibliyinə diqqət çəkərək, bu məsələnin təcili həllini zəruri hesab etdiyini bildirib. Bununla belə, o, hələlik bu sahədə necə davranılmalı olduğuna dair dəqiq mexanizmin formalaşmadığını etiraf edib.

Qeyd olunur ki, “WhatsApp” və “Signal” kimi “başdan-sona” (“end-to-end”) şifrələmə xidməti ilə çalışan messencerlərdən fərqli olaraq, “OpenAI” “ChatGPT”dəki söhbətləri görə bilir. Bu, süni intellektin təkmilləşdirilməsi və qayda pozuntularına nəzarət məqsədilə edilir. Bununla yanaşı, istifadəçilərin – istər ödənişsiz, istərsə də “Plus” və “Pro” hesab sahiblərinin – sildiyi söhbətlər yalnız 30 gün ərzində sistemdən tamamilə silinir. Lakin bu müddət ərzində hüquqi və ya təhlükəsizlik səbəbləri ilə həmin məlumatlar saxlanıla bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haaqa meri Yan van Zanen 17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkilini yüksək

Ən son

GÜNDƏM

Aqil Ağacanov bu gün 77 yaşında Bakıda dünyasını dəyişib.

GÜNDƏM

Aqil Ağacanov bu gün 77 yaşında Bakıda dünyasını dəyişib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin