Nəşr edilmişdir 05/22/2025

Paylaşın

GÜNDƏM

Ceyms Kukun “Tatusu”

IMG-20250522-WA0044(1)_converted

Bu söz Avropa dillərinə dənizçi Ceyms Kukun sayəsində daxil olub. 1769-cu ildə ilk dünya səyahəti zamanı Taitidə olarkən kapitan gündəlik dəftərində yerli kişilərin və qadınların dərilərinin altına rəsmlər çəkdirmə adətini qeyd etmişdi. Kuk bu praktikanın adını da yazmışdı – “tattaw”. Taiti dilində “tattaw” “vurma, döymə” mənasını verir.
“Tattaw” sözü daha sonra “tatu” (tattoo) kimi dünya dillərinə keçib. Sənət kimi isə Tatunun tarixi minilliklər əvvələ gedib çıxır. Arxeoloqlar 5000 ildən artıq yaşı olan mumiyalarda da döymə izlərinə rast gəliblər. Polineziya, Samoa, Maori, Yapon, Hind və Ərəb mədəniyyətlərində tatu qədim dövrlərdən bəri mövcuddur.
Müasir dünyada tatu həm özünüifadə vasitəsi, həm də bədii sənət sayılır. Bəzi ölkələrdə isə dini və ya mədəni baxımdan qadağandır və ya xoş qarşılanmır.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir