Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Səfəvilərin ən çox etibar etdiyi tayfa-QACARLAR

Mənşəyi Beş yüz il ərzində Azərbaycan tarixində önəmli rol oynamış tayfalardan biri də Qacarlar tayfası olub. Əvvəl kiçik türk oymağı kimi formalaşan Qacarlar sonradan öz şücaətləri və siyasətləri sayəsində güclənmiş və nəhayətdə dövlət quruculuğuna qədər yüksələ biliblər. Digər məşhur tayfalar kimi Qacarların da mənşəyi ilə bağlı bir neçə fərziyə var. Bəzi tarixçilərin fikrincə, Qacarlar Azərbaycan […]

Ağqoyunlular

Ağqoyunlular

Mənşəyi Müasir Azərbaycan xalqının türk xalqları ailəsi tərkibində müstəqil xalq kimi formalaşmasında böyük rolu olan tayfalardan biri də Ağqoyunlulardır. Ağqoyunlu və Qaraqoyunlu tayfa birlikləri  Oğuz türklərinin nəslindən olan tayfaları birləşdirirdi və onlar eyni türk boyunun nəslindən idilər. Hərçənd yüz il ərzində aralarında qanlı savaşlar olmuşdu. Ağqoyunlu tayfa birliyinin başında qədim Bayandur tayfasının nümayəndələri dururdu. Buna […]

Zivər bəy Əhmədbəyov: Cümhuriyyətin Baş Memarı

Zivər bəy Əhmədbəyov

Tarixi abidələri, memarlıq inciləri, qədim yaşayış məskənləri ilə sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfələr verən, Bakının simasının bir türk, müsəlman şəhəri olaraq formalaşmasında xüsusi xidmətləri olan, Cümhuriyyətin Baş Memarı kimi tarixdə qalan Zivər bəy Əhmədbəyov 1873-cü il fevralın 16-da Şamaxıda dünyaya gəlib. İlk təhsilini Şamaxıda alan Əhmədbəyov 1902-ci ildə Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitunu bitirib. İlk Ali təhsilli […]

Azərbaycan tacirləri Venesiyada (XVI-XVII əsrlər)

Venesiya XVI-XVII əsrlərdə Səfəvi ipək ticarəti üçün Avropaya əsas çıxış qapısı rolunu oynayırdı. Bundan əlavə, Venesiyanın ticarət baxımından yerləşməsinə görə Səfəvi saray təsərrüfatı üçün lazım olan əşyaları sifariş etmək və almaq üçün əlverişli yer hesab edilirdi. Xüsusilə, I Şah Abbasın hakimiyyəti dövründən etibarən diplomatik və ticarət məqsədləri ilə bir sıra Venesiyaya səfər edən Səfəvi tacirlərinə […]

Xan qızı Ağabəyim ağanın bəxtsiz taleyi

Tarixi məlumatlara görə, Qarabağ xanı İbrahim xanın doqquz qız övladı olmuşdu ki, onlar arasında Ağabəyim ağa və Gövhər ağa öz ədəbi, ictimai fəaliyyətləri ilə Azərbaycan tarixində minnətdarlıqla xatılanan xanımlara çevrilmişlər. Gövhər ağanın ictimai-xeyriyyəçilik fəaliyyətinin bariz nümunəsi olan Gövhər ağa məscidi günümüzə qədər gəlib çatmaqla bu gün də Şuşa şəhərinin simvollarından biri sayılmaqdadır. Ağabəyim ağa isə […]

Ağa Musa Nağıyevin varidatını oğurlayan Koba təxəllüslü Stalin

Ağa Musa Nağıyev

Azərbaycanda Musa Nağıyev adını bilməyən az adam var. Bu şəxsin haqqında əfsanələr dolaşır. Onun varidatının kifayət qədər çox olması barədə mənbələrdə məlumatlara rast gəlmək olar. Azərbaycanda məşhur milyonçunun sağ ikən 413 milyon qızıl pulu olduğu qeyd edilir. Lakin Sankt-Peterburqda buraxılan kataloqda onun 2 dəfə çox, 690 milyon qızıl pulu olduğu qeyd edilir. Nağıyevin pulunun miqdarını heç […]

İsa Bəy Aşurbəyov (2-ci hissə)

Körpənin adını İsa qoyurlar. Uşağın ayağı sayalı olur. Sabunçu kəndindəki neft mədənlərindəki quyulardan, hətta 1890-cı ildə 28 metr dərinliyində qazılmış quyudan neft sel kimi axmağa başlayır. 1918-ci ildə Mart qırğını başlayanda, İsa bəy şəxsi əlaqələrindən istifadə edib türk qoşunlarının Bakıya daxil olması üçün səylər göstərir. Bununla belə, Hacı Mehdiqulu bəy yeganə övladının mükəmməl təhsil almasına […]

HACI ZEYNALABDİN TAĞIYEVİN HƏYATINDAN BİR NEÇƏ FAKT

Hacı Zeynalabdin Tağıyev

Mən öz millətimi dilənçiliyə öyrətmərəm Zeynalabdin Tağıyev bakılı başmaqçı Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olub. Bakı şəhərinin 1849, 1860, 1873-cü illərə aid kameral təsvirlər [2] əsasında bu qənaətə gəlmək olar ki, Tağı Dostməhəmməd oğlu təxminən 1791-ci ildə anadan olmuş, 1873-cü ilədək dünyasını dəyişmişdir. Onun iki oğlu qeydiyyata alınmışdır – Zeynalabdin və Əliqulu. 1849-cu ilə aid […]

Qaraqoyunlular

Qaraqoyunlular

Dövlətçiliyə doğru Azərbaycan xalqının formalaşmasında əsas rol oynayan Oğuz türk tayfalarının tarixi çox qədim dövrlərə gedib çıxır. Lakin bilavasitə Azərbaycan kökənli olan və dövlət quruculuğu mərhələsinə yüksələ bilən tayfalardan danışarkən, alimlər ilk olaraq Qaraqoyunluların adını çəkirlər. Oğuz nəslindən olan Törə bəyin (13-cü əsr) xələfləri tərəfindən qurulan bu tayfa birliyinə Baharlı, Səədli, Alpavut, Qaramanlı  və sair […]

Murtuza Muxtarov

Milyonçu mühəndis (Bioqrafik oçerk) Qazmaçı Onun haqqında deyirdilər ki, milyonlarla manat pul Muxtarov üçün milçək kimidir… Çünki bütün maliyyə sənədlərinə imza atarkən, rus hərfləriylə, qısa şəkildə “Mux” yazardı.XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının neft milyonçuları arasında Murtuza Muxtarovun xüsusi yeri var idi. Ən əvvəl ona görə ki, o biri milyonçulardan fərqli olaraq, Muxtarov […]

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors