Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Azərbaycan Bakıdan, Bakı Səbaildən başlayır – I hissə

Milli-mənəvi dəyərlər və dövlətçilik tariximizdə mühüm yer tutan Bakının düşünən beyni, döyünən qəlbi hesab edilən Səbail rayonu tarixi tikililərin, abidələrin məskəni kimi bütün dövrlərdə diqqət mərkəzində olub. Xəzərin sahilində, Bayıl buxtasında yerləşən Səbailin adı tarixi mənbələrdə, eyni zamanda “Qurani-Kərim”də çəkilir. Səbailin zəngin tarixini, memari incilərini özündə ehtiva edən Bayıl qəsri dünya tarixçiləri tərəfindən, həm də […]

Mirzəağa Əliyev kimdir? – Bakı küçələrinin adlarını daşıyanlar

Bakının mərkəzi küçələrindən biri Mirzəağa Əliyevin adını daşıyır. Bəs biz Mirzəağa Əliyevin necə görkəmli bir şəxsiyyət olduğunu bilirikmi?Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:Mirzəağa Əli oğlu Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti, 2 dəfə “Stalin” mükafatı laureatı olub. O, 1883-cü ildə Bakıda dünyaya gəlib. İlk təhsilini mollaxanada, daha sonra Bakıda rus-müsəlman məktəbində təhsil alıb.O, […]

Həsən bəy Zərdabi – Cümhuriyyət Qurucularının Baş İdeoloqu

Adı milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə milli teatrın, milli mətbuatın qurucusu, Cəmiyyəti-Xeyriyyənin Qız Məktəbinin ideya müəllifi kimi yazılan Həsən bəy Zərdabi 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində zadəgan Səlim bəy Məlikovun ailəsində dünyaya gəlib. İlk təhsilini elə burada, atasının sərmayəsi ilə fəaliyyət göstərən mədrəsədə alıb. Dini təhsilini bitirdikdən sonra, 1852-ci ildə atası Səlim bəyin […]

Bakının Aynası

“Bakı” qəzeti ilk dəfə 10 yanvar 1958-ci ildə nəşr olunub 1958-ci il yanvarın 10-da Bakı şəhərinin mətbuu orqanı kimi fəaliyyətə başlayan “Bakı” qəzeti 35 min tirajla hər gün saat 5-də oxucularının görüşünə gəldi. Şəhər həyatının bütün sferalarını, elmi-mədəni, ictimai-siyasi, iqtisadi-sosial yeniliklərlə ölkənin informasiya bazasına çevrilən “Bakı”nı tirajı 150-200 min olan “Kommunist” və “Vışka” qəzetlərindən fərqləndirən […]

Nəsir müəllim “Bakı”nı Bakının aynasına çevirdi

“Bakı” qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim “Gənc işçi”, “Yeni yol”, “Kommunist”, “Döyüşən Krım” qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi. 1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan “Bakı” milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti […]

Nəsir İmanquliyev – 113

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür. «Bakı» qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim «Gənc işçi», «Yeni yol», «Kommunist», «Döyüşən Krım» qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi.1958-ci il yanvarın 10-da işıq üzü […]

Nəsir müəllimin “Bakı”sı bir Məktəb idi

Nəsir İmanquliyev, "Bakı", "Baku"

Adı milli dövlətçilik tariximizə həkk olunan, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi öz məktəbini yaradan “Bakı”nı Bakının aynasına çevirən Nəsir Əsəd oğlu İmanquliyev 1911-ci il dekabrın 22-də anadan olub. Bütün həyatını ölkədə milli mətbuatın inkişafına, media və kommunikasiya məsələlərinin tədqiqi və təbliğinə həsr edib. Milli dövlətçilik tariximizdə iki baş şəhərimizin – Təbrizin və Bakının adı […]

Qarğıdalı, portret və… dil

İmam Mustafayev, qarğıdalı, Muxitdinov, Xruşşov

Sovetlər Birliyinin keçmiş başçılarından Nikita Sergeyeviç Xruşşovun adı onu xatırlayan insanların çöhrəsində indinin özündə də təbəssümqarışıq qəribə bir ifadə yaradır. Bunun müxtəlif səbəbləri var. Amma vaxtilə nəhəng bir ölkənin başçısı olan bu insanla bağlı ən yaddaqalan hadisə, heç şübhəsiz, “qarğıdalının inkişaf etdirilməsi” məsələsi olub. Xruşşov bu işə o qədər aludə olmuşdu ki, hətta kənd təsərrüfatı […]

Hər bir azərbaycanlının iftixarla andığı şəxsiyyət – Heydər Əliyev!

Bütün zamanlarda tarix şəxsiyyətlər, qüdrətli simalar yetirib. Tək-tək şəxsiyyətlər olub ki, onlar tərcümeyi- halı ilə tarixin özünü yaradıblar. Tərəddüd etmədən deyə bilərik: onlardan biri, bəlkə də birincisi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Bu böyük şəxsiyyət 10 milyondan çox azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin memarı,  Yer üzünə səpələnmiş 50 milyondan azərbaycanlının həmrəylik  təminatçısıdır. Heydər Əliyev […]

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors