Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

NATO ilə tərəfdaşlıq Rəsmi Bakı üçün əhəmiyyətlidir

NATO ilə tərəfdaşlıq Rəsmi Bakı üçün əhəmiyyətlidir.Baki-Baku.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.Məlumata görə, Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayaraq, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq davam etdirilib, qarşılıqlı səfərlər həyata keçirilib: “İl ərzində hərbi-siyasi məsələlər üzrə çoxtərəfli və ikitərəfli xarici siyasi fəaliyyət davam etdirilib. […]

Parlament Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezident və xanımını təbrik edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.Baki-Baku.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin payız sessiyası üzrə son plenar iclasında çıxış edib.Sahibə Qafarova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmasını məqsədəuyğun sayıb.Spikerin […]

Azərbaycan Rusiyaya yeni səfir təyin edib

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qənirə Paşayevanın vəzifəsinə Polad Bülbüloğlu təyin edildi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu olub. “BakıBaku” Milli.Az -a istinadən xəbər verir ki, bu vəzifəni əvvəl mərhum millət vəkili Qənirə paşayeva icra edirdi. Onun vəfatından sonra sözügedən vəzifə deputat Fazil Mustafaya həvalə olunmuşdu.  Qeyd edək ki, Q.Paşayeva ötən il dünyasını dəyişib. 

Rusiya prezidenti Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib. Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb. Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Lavrov: Oktyabrda Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər

Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Bunu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Report”un ABŞ bürosunun sualını cavablandırarkən deyib. Nazir bildirib ki, oktyabrda baş tutacaq BRICS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş […]

Hakan Fidan Blinkenlə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, “İTRT Haber”ə müsahibəsində bildirib. O qeyd edib ki, görüş zamanı Qəzza, Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Milli Məclisdəki çıxışı zamanı səsləndirdiyi fikirləri geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin açılışındakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub. AZƏRTAC xəbər verir ki, newsday.ge, 24news.ge, aktual.ge, interpress.ge portalları, 1tv.ge, trt-georgia televiziya kanallarında dövlətimizin başçısının çıxışından materiallar yayımlanıb. Newsday.ge portalında Azərbaycan Prezidentinin Ermənistana silah verən ölkələrə xəbərdarlığından və ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində görülən işlərdən bəhs olunur. Materialda deyilir: “Bizim […]

Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Çinə səfər çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanqla görüşdük. İki ölkə arasında dəmiryolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik. “BakıBaku” BAKU.WS-ə istinadən xəbər verir ki, bunları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib. “2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin […]

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors