Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Prezident: Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir

İlham Əliyev, D-8

Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Baki-baku.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. Prezident, […]

Azərbaycan Prezidenti: COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur

İlham Əliyev, Avropa Komissiyasının

Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Baki-baku.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib. COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın […]

Prezident: İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq

İlham Əliyev, iqtisadi

Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Baki-baku.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib. Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlətimizin […]

Dənizkənarı Bulvar İdarəsi mənfəətini kəskin artırıb

Dənizkənarı Bulvar İdarəsi

Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2023-cü ili 2,613 milyon manat mənfəətlə başa vurub.Baki-baku.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,6 dəfə çoxdur.2023-cü ildə DBİ-nin əsas əməliyyat gəlirləri 19,712 milyon manat (2022-ci ilə ilə nisbətən 1,6 % çox), insan resursları üzrə xərcləri 11,811 milyon manat (4,3 % çox), amortizasiya və köhnəlmə xərcləri […]

“Azəriqaz” abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.Baki-baku.az bu barədə quruma istinadən xəbər verir.Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.“Mexaniki sayğaclar üzrə göstəricilər […]

AZAL-a subsidiya 19 %-ə yaxın artırılıb

Bu il Azərbaycanda dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılacaq.Baki-baku.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dekabrın 27-də təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 18,9 % çoxdur.Xatırladaq ki, 2025-ci ildə büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü […]

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

 Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. Baki-baku.az müraciəti təqdim edir: “Əziz həmvətənlər. 2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz […]

Azərbaycanda özəl teleradiolara birdəfəlik maliyyə yardımı göstəriləcək

birdəfəlik maliyyə yardımı

Azərbaycanda özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək. Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla ölkədə fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Audiovizual […]

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 26 %-ə yaxın artıb

Bank kartları

Bu ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 498,8 milyon manatlıq əməliyyat aparıb. Baki-baku.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 % çoxdur. Təkcə noyabrda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə […]

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq 

nəqliyyat vasitələrinin utilizasiyası

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq. Baki-baku.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin dekabrın 27-də təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb. Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 2 dəfə çoxdur. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə […]

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors