Prezident minimum aylıq əməkhaqqı ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.Bununla bağlı President.az məlumat yayıb.Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilir.Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.Bundan […]
Prezident İlham Əliyev Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.Baki-baku.az xəbər verir ki, müraciətdə deyilir:“Hörmətli Forum iştirakçıları!Sizi – “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayıram.Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə […]
Prezident İlham Əliyev Roma Papasını təbrik edib

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.Baki-baku.az President.az-a istinadən bildirir ki, məktubda deyilir:“Zati-müqəddəsləri, Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında qarşılıqlı […]
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 527 manat təşkil edib.
Bakı metrosunda ilk dəfə dəmir-beton bloklar tətbiq edilib

Bakı metropolitenində ilk dəfə “İçərişəhər” stansiyasında qatarların hərəkəti məhdulaşdırılmadan gödək ağac şpalların əvəzinə dəmir-beton bloklar qoyulub.Baki-Baku.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, “İçərişəhər” stansiyasının qatarların qəbul edilib yola salındığı baş yolunda yararsız gödək ağac şpalların dəmir-beton bloklarla əvəz olunmasına 2022-ci il may ayının 27-də başlanılıb.Əvvəlcə stansiya yolunun təməl qatı öyrənilərək yeni […]
Bakıda istehsalın həcmində sənaye məhsulunun payı 93 % olub

2024-cü ilin yanvar-oktyabr aylarında Bakıda istehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 % təşkil edib. Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 44,4 milyard manat təşkil olub. Sənaye məhsulunun 75,5 %-i mədənçıxarma, 21,4 %-i emal, 2,2 %-i elektrik […]
Bakıda inşaat işlərinin 90 %-dən çoxu özəl müəssisələr tərəfindən yerinə yetirilib

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ümumi inşaat işlərinin 90,3 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,7 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,7 %-ni əsaslı təmir, 3,1 %-ni cari təmir, 3,5 %-ni isə sair tikinti işləri təşkil edib.
Paytaxtda ictimai iaşə dövriyyəsinin 58,5 %-i hüquqi şəxslərin payına düşür

2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, dövriyyənin həcmi 1 milyard 268,5 milyon manat olub.Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,5 %-ni təşkil edib.
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin sayı 9 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, on ayda ödənişli xidmətlərin dəyəri 6 milyard 188 milyon manat olub.Hüquqi şəxslər tərəfindən əhaliyə 5 miıyard 933,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin […]
Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 28 milyard 242,5 milyon manat olub.Baki-baku.az Bakı şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 % çoxdur.Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % artaraq 16 milyard 8,8 milyon manata, […]