Bakıda “Fərqin aradan qaldırılması – gənclər və yaşıl iş yerləri” mövzusunda ideaton keçirilir

“Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində gənc nəslin yaşıl fəaliyyətə cəlb olunması məqsədilə “Bridging the Gap – Youth and Green Jobs Market” (Fərqin aradan qaldırılması – gənclər və yaşıl iş yerləri) mövzusunda ideaton keçirilir. “BakıBaku” “Report” a istinadən xəbər verir ki, SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) keçirilən tədbir oktyabrın 4-nə qədər davam edəcək. İdeatonda Bakı Ali […]
Yaşıllıqlara dəymiş ziyana görə ödənişlər Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödəniləcək

Yaşıllıqlara dəymiş ziyana görə ödənişlərin Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxilolmalar sırasında yer almasının hüququ əsası müəyyənləşir. Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edilib ki, mövcud qanunvericilikdə yaşıllıqların məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarından asılı olaraq təqsirkar şəxslər inzibati […]
İçərişəhərə maşınla girmək qadağan edilir – RƏSMİ

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir. Modern.az-ın məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. Onun sözlərinə görə, AYNA-nın mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, […]
Salyan şosesində təmir işləri başa çatıb

Salyan şosesində aparılan təmir işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5,33 kilometr uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub. Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir […]
Bakıda ilk inklüziv kafe fəaliyyətə başlayıb

Bakıda əlilliyi olan şəxslərin də çalışacağı ilk inklüziv kafe – “Kaşalata” kafe fəaliyyətə başlayıb. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, kafenin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, dövlət və […]
Şənbə günü bu yol bağlanacaq

Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə “Qafqazinfo”ya Avtomobil Yolları üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 5 oktyabr saat 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, […]
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
AMEA prezidentinə yeni müşavirlər təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinə yeni müşavirlər təyin olunub. “BakıBaku” Report-a istinadən xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib. Belə ki, akademik Telman […]
Azərbaycan Rusiyaya yeni səfir təyin edib

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.