Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağdaş rayonunun Davudlu – Binələr – Güvəkənd – Əmirarx – Qaradeyin – Eymur – Ərəbşəki – Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bakıda orta əməkhaqqı 7 %-dən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.
Ötən il Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

2024-cü ildə Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,3 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar ayında operativ məlumatlara görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2,493 milyard kVt/saat təşkil edib.
Yanvarda Bakı metrosuna ən çox sərnişin “Koroğlu” stansiyasından daxil olub

Bu ilin yanvar ayında Bakı metropolitenindən 17 milyon 984 min 399 sərnişin isitfadə edib.
Yeni manatın tarixi: 2006-cı ildən başlayan pul islahatı

Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzaladığı Fərmandan 20 il ötür.
Kiçik sahibkarlıq subyektlərinin 73 %-i Bakıda yerləşir

Ötən il Azərbaycanda fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin 73 %-i Bakının payına düşüb.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda 12 min 26-sı kiçik sahibkarlıq subyektləri var. Bunlardan 8782-si Bakıda yerləşir.
Ötən il Bakı üzrə 327 statistik vahid ləğv edilib

2024-cü ildə Bakı şəhəri üzrə 327 statistik vahid ləğv edilib.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, qeydiyyatda olan statistik vahidlərin 66,1 %-i Bakıda yerləşib.Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 77,8 %-i Bakıda qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində 8,2 % daha fəal olub.
İstehsalda yaranan ehtiyatların 46 %-ə yaxını Bakı anblarında qalıb

Ötən il istehsal edilmiş məhsullardan yaranan ehtiyatların 45,9 %-i Bakıdakı sənaye müəssisələrinin anbarlarında qalıb.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ildə istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 2025-ciil yanvarın 1-i vəziyyətinə 746 milyon manatlıq hazır məhsul olib.Həmçinin ehtiyatların 17 %-i Sumqayıt, 2,8 %-iGəncə, 2,8 […]
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.Baki-Baku.az bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü […]