Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.Baki-baku.az xəbər verir ki, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.Son nəticədə büdcədə ÜDM-in 2,4 […]
Bakı üzrə dekabr ayının bütün sosial ödənişləri yekunlaşıb

Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.Baki-baku.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib.Beləliklə, […]
Sənaye müəssisələrinin anbarlarındakı ehtiyat məhsulların 50 %-ə yaxını Bakının payına düşür

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2024-cü il dekabrın 1-i vəziyyətinə 794,7 milyon manatlıq hazır məhsul ollub ki, bu ehtiyatların da 49,4 %-i Bakının payına düşür.Baki-Baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki,Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 58,3 milyard […]
Prezident minimum aylıq əməkhaqqı ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.Bununla bağlı President.az məlumat yayıb.Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilir.Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.Bundan […]
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 527 manat təşkil edib.
Bakı metrosunda ilk dəfə dəmir-beton bloklar tətbiq edilib

Bakı metropolitenində ilk dəfə “İçərişəhər” stansiyasında qatarların hərəkəti məhdulaşdırılmadan gödək ağac şpalların əvəzinə dəmir-beton bloklar qoyulub.Baki-Baku.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, “İçərişəhər” stansiyasının qatarların qəbul edilib yola salındığı baş yolunda yararsız gödək ağac şpalların dəmir-beton bloklarla əvəz olunmasına 2022-ci il may ayının 27-də başlanılıb.Əvvəlcə stansiya yolunun təməl qatı öyrənilərək yeni […]
Bakıda istehsalın həcmində sənaye məhsulunun payı 93 % olub

2024-cü ilin yanvar-oktyabr aylarında Bakıda istehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 % təşkil edib. Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 44,4 milyard manat təşkil olub. Sənaye məhsulunun 75,5 %-i mədənçıxarma, 21,4 %-i emal, 2,2 %-i elektrik […]
Bakıda inşaat işlərinin 90 %-dən çoxu özəl müəssisələr tərəfindən yerinə yetirilib

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ümumi inşaat işlərinin 90,3 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,7 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,7 %-ni əsaslı təmir, 3,1 %-ni cari təmir, 3,5 %-ni isə sair tikinti işləri təşkil edib.
Paytaxtda ictimai iaşə dövriyyəsinin 58,5 %-i hüquqi şəxslərin payına düşür

2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, dövriyyənin həcmi 1 milyard 268,5 milyon manat olub.Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,5 %-ni təşkil edib.
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin sayı 9 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, on ayda ödənişli xidmətlərin dəyəri 6 milyard 188 milyon manat olub.Hüquqi şəxslər tərəfindən əhaliyə 5 miıyard 933,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin […]