Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 6 ay artıb

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olur.
Baki-baku.az xəbər verir ki, qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.
Hazırda kişilərin pensiyaya çıxma yaşı 65 ildir.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır

Bu gündən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılır.
Azərbaycanda avronun məzənnəsi 4 illik fasilədən sonra 2 manatı keçib

Bu gün Azərbaycan Mərkəzi Bankı avronun məzənnəsini 2,0035 manat müəyyən edib.
Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 13 milyard 761,5 milyon manat olub.
Bakıda ictimai iaşə dövriyyəsi 18 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 750,3 milyon manat olub.
Paytaxtda ödənişli xidmətlərin dəyəri 12 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 613,9 milyon manat olub
Bakıda orta əməkhaqqı 8 %-dən çox artıb

Bu barədə Baki-baku.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Dənizkənarı Bulvar İdarəsi ötən il 3 milyon manatdan çox xalis mənfəət əldə edib

Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2024-cü ili 3,209 milyon manat mənfəətlə başa vurub.
Bakıda sənayedə özəl sektorun payı 82 % olub

2025-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.
Bakıda inşaat işlərinin 90 %-dən çoxunu özəl şirkətlər yerinə yetirib

2025-ci ilin yanvar-mart aylarında Bakıda ümumi inşaat işlərinin 91,6 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.