Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Bakının püstə ağacları…

Püstə

“Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. Deyəsən, bizdən – məhəllə uşaqlarından başqa, heç kəs buna təəssüflənmədi. Hədər yerə gecədən xeyli keçənədək binanın damında oturub hava hücumunu gözləyirdik. Maşalar da, qarmaqlar da, baltalar da asılı qaldı. Bizim yaşadığımız ev böyük və çox gözəl idi. Ev ikimərtəbəli idi, bütün ikinci mərtəbə boyu balkonlar […]

“Rahət ola məclisi-meyxanəmiz…” Meyxana sənətinin tarixinə baxış

Son vaxtlar Azərbaycan media mühitində, televiziya efirlərində ən çox mübahisə doğuran mövzulardan biri də meyxana sənəti ilə bağlıdır – daha doğrusu, meyxananın sənət olub-olmaması… Bir qisim sənət adamları, ziyalılar, şairlər az qala əllərinə qılınc alıb meyxanaya hücum çəkirlər. Onun sənət olmadığını, xalqın ədəbi zövqünü korladığını sübut eləməyə çalışır. Meyxanasevərlər isə əllərinə qalxan alıb meyxananı cidd-cəhdlə […]

Bakıda dini ayinlərin və bayramların xüsusi ənənəsi var…

Dini

Bakıdakı dini ayinlərin tarixini düşünərkən nədənsə “Əli və Nino” romanının bir fraqmenti düşür yadıma… Nino pəncərənin qarşısında dayanıb küçədən keçən izdihama baxır. Görür ki, minlərlə insan avazla nəsə oxuyaraq əllərində xəncər, kürəklərinə zəncir vurur, yürüş həyata keçirir. Bu, gürcü qızına qəribə və bir qədər də qorxunc gəlir… Qəfildən zəncir vuranların arasında öz sevimli Əlisini görəndə Nino […]

Ağşalvarlılar

Ağ rəngin mistikası Ağ rəng – saflıq, təmizlik, müqəddəslik rəmzi… Rənglərin ən alisi. Həm də bütün rəngləri özündə birləşdirən rəngsizlik. Bütün mistikaların başlanğıcı. Əcdadlarımız ağ rəngə həmişə xüsusi bir ruh bağlılığı ilə yanaşıblar.  Ağ geyimdə müqəddəs ocaqlara ziyarətlərə gediblər… Kəbəyə yalnız ağ ehram parçasına bürünərək yaxınlaşa bilirdilər… Dünyadan köçüb Tanrı dərgahına üz tutanları ağ parçaya […]

1990-cı illərdə Bakının görüntüləri

1990-cı illərdə Bakı açıqcaları: Hüseyn Hüseynzadənin “Bakıya xoş gəlmisiniz” foto dəsti və şəhərin simvolik görüntüləri Azərbaycanda açıqca istehsalı sovet dövrü ilə müqayisədə 1990-cı illərin birinci yarısında kəskin şəkildə azalmağa başladı. Buna baxmayaraq, Bakının mənzərəsi olan standart açıqcaların buraxılması davam edirdi. Onların da çoxu Rusiyada istehsal olunurdu. 1995-ci ildə Ulyanovskdakı “Çap evi” nəşriyyatı məşhur azərbaycanlı fotoqraf […]

Bakının küçələrinə rəng qatan mozaikalar

Mozaika keçmiş SSRİ-də şəhərlərin memarlıq simasının formalaşmasında mühüm rol oynayırdı. Sovet memarlığının ayrılmaz hissəsi olan mozaika ictimai binaların, mədəniyyət ocaqlarının və hətta yaşayış binalarının fasadlarını bəzəyirdi. Parlaq və rəngarəng mozaikalar yoldan keçənlərin diqqətini çəkir və onların əhvali-ruhiyyəsini yüksəldirdi. Mozaika monumental pannoların yaradılmasında istifadə olunurdu və bu pannolarda sovet xalqlarının nailiyyətləri və mühüm tarixi hadisələr əks […]

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors