Mərkəzi Nəbatat Bağı bu gündən əhali üçün açıqdır

Baki-baku.az xəbər verir ki, bu barədə bağdakı işlərlə tanış olan media nümayəndələrinə məlumat verilib.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri noyabrın 28-də Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda I beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.President.az xəbər verir ki, müraciətdə deyilir:“Hörmətli konfrans iştirakçıları!Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram. Hazırda dünyada 120 milyondan çox insan […]
Bakı şəhərində yaşayan əhalinin sayı açıqlanıb

Bakı şəhərində yaşayan əhalinin sayı 2024-cü il yanvarın 1-nə verilən məlumata görə 2 344 888 nəfər olub.Baki-Baku.az bu barədə Dövlət Statistika Komitəsinin verdiyi məlumata istinadən xəbər verir.Bundan 1 150 030 nəfərini kişilər, 1 194 858 nəfərini qadınlar təşkil edib.Rəsmi statistikada Bakının rayonlarına düşən əhali sayı aşağıdakı kimi qruplaşdırılıb:
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri davam edir.Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər […]
17-ci əsrin “Bitcoin”i: Zanbaqmaniya və ya Arzuların Stimulyasiyası

Əsrlər boyu insanlar olduğu kimi deyil, olmaq istədikləri kimi görünməyə çalışıblar. Buna gözəllik standartlarına uyğunlaşmaq, sosial vəziyyəti ətrafa göstərmək üçün geyinmək, zinyət əşyaları, bahalı (çox vaxt kreditlə alınan) maşınlar və evlər, mülklər və daha nələr alət olub. Bir fərd, digər fərdlərə özünün üstünlüyünü əksər hallarda sahib olduqları ilə sübut etməyə çalışıb. Filosofların, yazıçıların, rəssamların hər […]
Laçının işğaldan azad edilməsindən dörd il keçir

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən dörd il keçir.Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.Laçın rayonu Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ilin mayın 18-də işğal edilib.2020-ci il sentyabrın 27-də Ermənistan […]
İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Laçının Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.Baki-Baku-az paylaşımı təqdim edir: https://twitter.com/azpresident/status/1863085646681690514?t=0dOvl6cifTj7zro9Dlurtg&s=08
Heydər Əliyev Sarayında “The World of Soundtracks” adlı konsert baş tutub

Heydər Əliyev Sarayında “The World of Soundtracks” adlı konserti baş tutub.Baki-Baku.az xəbər verir ki, tam yeni proqram ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı yazılan, “Caspian Virtuosos” Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Kamera Orkestrinin qonaq-dirijoru və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarovun rəhbərliyi altında 90-dan çox peşəkar musiqiçidən […]
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıq işləri müzakirə edilib

Paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı Yasamal, Nərimanov və Xəzər rayonlarında müşavirələr keçirilib.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.Qeyd edilib ki, rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır […]
Bakıda trolleybuslar ilk dəfə 1941-ci il dekabrın 5-də istifadəyə verilib

Bu nəqliyyat növü, xüsusən 1960-80-ci illərdə Bakının əsas simvollarından biri olub. O zaman trolleybuslar 32 marşrut üzrə hərəkət edir, həm şəhəri, həm də ətraf qəsəbələri birləşdirirdi. Ümumi xəttlərin uzunluğu 300 km-dən çox idi və iki depoda saxlanılan trolleybuslar mütəmadi təmir edilərək yenidən istifadəyə verilirdi. Trolleybuslar şəhər sakinləri və qonaqlar üçün rahat bir nəqliyyat vasitəsi idi. […]