Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Oksford lüğəti 2024-cü ilin sözünü açıqlayıb

Oksford İngilis Dili Lüğəti “beyin çürüməsi” (brain rot) ifadəsini 2024-cü ilin sözü elan edib.Baki-baku.az bu barədə Oksford Universiteti nəşriyyatının (Oxford University Press) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.Məlumata görə, lüğət “beyin çürüməsi”ni belə izah edir: “əsasən trivial və ya primitiv hesab edilən materialın (xüsusilə onlayn kontent) həddindən artıq istehlakının nəticəsi kimi qəbul edilən zehni və […]

Bakıda bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başlayıb

“Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.Baki-Baku.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla […]

İnsan həftə ərzində nə qədər ət yeməlidir?

Ət zülal və digər qida maddələrinin mühüm mənbəyidir, lakin həddindən artıq yeyildikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər.Baki-Baku.az bu barədə Gazeta.ru -ya istinadən xəbər verir. Rusiyalı həkim-qastroenteroloq Yevgeni Belousov bildirib ki, bunun qarşısını almaq üçün həkimlər qırmızı ət qəbulunu həftədə 500-600 qrama qədər məhdudlaşdırmağı məsləhət görürlər.O qeyd edib ki, böyük miqdarda qırmızı ətin, xüsusən […]

Uzunömürlülük və möhkəm sağlamlığın sirri – ev heyvanları

Bəziləri tənhalıqla mübarizə aparmaq üçün, bəziləri isə əhval-ruhiyyə üçün ev heyvanı saxlayır. Ev heyvanlarının uşaqların daha aktiv inkişafına kömək etdiyi və hətta bəzi xəstəliklərin müalicəsində iştirak edə biləcəyi barədə fikirlər var.Baki-baku.az bu barədə İzvestiya.ru-ya istinadən xəbər verir.Rusiyalı nevroloq Yekaterina Demyanovskaya bildirib ki, sevimli heyvanlar həqiqətən də sağlamlığa faydalıdır və ilk növbədə gündəlik stress səviyyəsini əhəmiyyətli […]

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.Baki-Baku.az bu barədə idarədən verilən məlumata görə xəbər verir.Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin yağmurlu olacağı, bəzi dağlıq rayonlarda qar yağacağı ehtimalı var:“Proqnozlar mövsümə uyğun olsa da, yollarda xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülər əlverişsiz hava şəraitində daha […]

“Ukrayna dairəsi”ndə yaranan sıxlığa AYNA aydınlıq gətirib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Ukrayna dairəsi”ndə nəqliyyat sıxlığının yaranması ilə bağlı məsələyə münasibət bildirib.Baki-baku.az qurumdan verilən məlumata görə xəbər verir ki, “Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə hazırlanan layihənin planlanması da simulyasiya nəticələrinə əsaslanmaqla icra edilir. Hazırda dairənin standartlara uyğun olmaması ərazidə bir sıra nəqliyyat problemləri yaradır.Bildirilib ki, dairədə tıxac hallarından daha çox təhlükəsizlik […]

COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb

COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 600-dən çoxu rusdilli, 7 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.Baki-Baku.az xəbər verir ki, bu barədə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə […]

Yaponiyanın “Pavone” jurnalında Şuşa ilə bağlı məqalə dərc olunub

Yaponiyada dərc olunan “Pavone” jurnalının 72-ci buraxılışında tarixi Şuşa şəhəri haqqında məqalə dərc edilib.Baki-Baku.az “Report“a istinadən xəbər verir ki, məqalədə Şuşanın məftunedici təbiəti, turizm imkanları, tarixi abidələri, beynəlxalq aləmdə tanınması barədə maraqlı məlumatlar öz əksini tapıb.Qeyd edək ki, “Pavone” Yaponiyada dərc olunan, daha çox turizm, mədəniyyət sahələrindən bəhs edən, oxucuları arasında “Eliqantlıq nümunəsi” kimi tanınan […]

Britaniyada 137 illik ənənəyə bir gündə son qoyulub

Britaniyada 137 il davam edən ənənəyə səs-küylə bağlı şikayət səbəbindən son qoyulub.Baki-Baku.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.Birkenhed şəhər meriyasının qülləsindəki saatın zəngi əvvəlki 15 dəqiqəlik interval əvəzinə indi saatda bir dəfə eşidiləcək.Bu qərar bəzi sakinlərin saatın səsinin ucalığı və tezliyi ilə bağlı narazılığından sonra qəbul edilib. Yerli hakimiyyət orqanları tərəfindən aparılan araşdırma səs-küy […]

Çinli milyarder hərracda 6.2 milyon dollara alınmış bananı yeyib

Çinli milyarder Castin San bir neçə gün əvvəl “Sotheby’s” hərracında divara yapışdırılmış və 6.2 milyon dollara aldığı bananı yeyib. Baki-baku.az bu barədə “Barron’s”a istinadən xəbər verir. İtalyan rəssamı Maurisio Kattelanın “Komediant” adlı konseptual sənət əsəri rekord məbləğ olan 6.2 milyon dollara satılıb. Əsər divara skotçla yapışdırılmış banandan ibarətdir. Onu TRON kriptovalyuta platformasının qurucusu Castin San […]