Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Uzun müddətdir gözlənilən “Azərbaycan Atabəyləri” filminin təqtimatı keçirildi

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” filminin qala gecəsi keçirilib.Baki-Baku.az xəbər verir ki, Azərbaycan Televiziyası, “Şahdağfilm”, qardaş Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn bu filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.Film orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük […]

Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir

Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir, saat 13:00-a olan məlumata əsasən, hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir. Baki-baku.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.Gülşad Məmmədova bildirib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-də səhərədək davam edəcəyi gözlənilir.

Həftədə cəmi bir neçə yumurta yemək insan orqanizmini qorxulu xəstəlikdən qoruyur

Britaniyalı alimlər yumurtanın faydaları ilə bağlı daha bir mühüm kəşf ediblər.Baki-baku.az bu barədə “Trend Wave” “Telegram” kanalına istinadən xəbər verir.Məlumata görə, bu məhsuldan müntəzəm istifadə yaşlı insanlarda Altsheymer xəstəliyi riskini 50% azalda bilər.Elm adamları 80 yaşdan yuxarı minlərlə könüllünün iştirak etdiyi genişmiqyaslı tədqiqatdan sonra belə nəticəyə gəliblər. Məlum olub ki, həftədə cəmi bir neçə yumurta […]

861 illik Notr-Dam kilsəsi illər sonra ilk dəfə açılır: 8,5 saatlıq yanğının izləri silinib

Fransadakı Notr Dam kilsəsi dünyanın ən mühüm irs yerlərindən biri hesab olunur. Viktor Hüqonun “monumental ölçü və incəliyin ustalıqla birləşməsi” kimi təsvir etdiyi məşhur kilsə 2019-cu ildə alovlara təslim olumuşdu.  Baki-baku.az Sfera.az-a istinadən bildirir ki, tikintisi 1163-cü ildə başlayan Notr Dam kilsəsi dünyanın ən məşhur binalarından biridir. Məşhur Notr Dam kilsəsi indi qapılarını yenidən açmağa […]

Müasir İncəsənət Muzeyində “Zero Waste” sərgisi keçirilir

Ülviyyə Mahmudun rəhbərliyi ilə fəaliyyət göstərən NARGIS Nəşriyyat Evi sosial və ekoloji layihələrə böyük önəm verir. Beş ildən artıqdır ki, NARGIS Nəşriyyat Evi ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ edir, insanların fəaliyyətinin mənfi təsirləri haqqında ictimaiyyəti maarifləndirməyi və istehlak mədəniyyətinə təsir göstərməyi hədəfləyir. Bu müddət ərzində dörd böyük ekoloji sərgi təşkil edilib: “Make the Earth Smile” […]

İçərişəhərdə yerləşən bəzi mənzillər təmir olunacaq

İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.Baki-Baku.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.Məlumata görə, İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri aparılacaq. Artıq bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti hazırlıqlara başlayıb. Qurum […]

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

Dekabrın 21-30-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək. Baki-baku.az  nazirliyə istinadən xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər təsərrüfatlarında yetişdirdikləri məhsulları yarmarkada satışa çıxara biləcəklər. Onlar yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Nərimanov rayonu, […]

Dəri qırışlarına qarşı 8 əsas məhsul

Qırışların yaranması bir çox qadını narahat edən qaçılmaz yaşlanma prosesidir. Ancaq gəncliyin sirri yalnız bahalı kosmetik vasitələrdə deyil, həm də düzgün qidalanmada gizlənir. Baki-baku.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.Məşhur amerikalı qidalanma eksperti Erik Berqin sözlərinə görə, 40 yaşına qədər insan bədənindəki birləşdirici toxumada olan kollagenin təxminən dörddəbiri itir.“Orqanizm kollageni qida ilə qəbul edilən amin […]

Bakıda yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

“Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur”.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın verdiyi məlumata istinadən xəbər verir.Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi və yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.

Yol polisinin yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı, yağışlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.Baki-baku.az bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata istinadən xəbər verir.Bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı, dumanlı hava yollarda qəza riskini artırır.“Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücülərin digər hərəkət iştirakçılarını, […]