Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

İtlərin nə vaxtdan insanın ən yaxşı dostuna çevrilib?

İtlər

İnsanlar itləri əhliləşdirməyə əvvəllər düşünüldüyündən daha erkən – təxminən 12 min il əvvəl başlayıblar.Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.Məlumata görə, bunu Arizona Universiteti və ABŞ Kənd Təsərrüfatı Tədqiqatları Administrasiyasının alimləri Alyaskada arxeoloji sahədə tapılan it sümüklərinin təhlilinə əsasən müəyyən ediblər.Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.Feyrbanks şəhərindən (ABŞ) 70 mil (112,6 km – red.) […]

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb.Baki-baku.az İdman.biz-ə istinadla xəbər verir ki, söhbət “Cəngi”dən gedir.Klub Bakını təmsil edəcək. Paytaxt təmsilçisi Region Liqasında iştirak edəcək.

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.Baki-baku.az Oxu.Az-a istinadən xəbər verir ki, forumun rəsmi açılış mərasimi dövlət və hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.Forumun açılış mərasimi uşaqların rəsmi nümayəndələrlə dialoqu formatında təşkil olunub.Uşaqlar mövzular üzrə qruplaşaraq müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış […]

Aeroport yolunda yeni piyada keçidi inşa edilib

Yeni piyada keçidi

Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidi inşa edilib.Baki-Baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumata istinadən xəbər verir.Yol səviyyəsindən hündürlüyü 5.90 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, […]

Diaqnostikada yenilik: Süni intellekt qorxulu xəstəlikləri aşkarlayacaq

Rusiyada həkimlər təhlükəli beyin xəstəliklərini aşkar etmək üçün süni intellektin dəstəyindən istifadə edəcək.Baki-baku.az bu barədə TASS-a istinadən xəbər verir.Məlumata görə, Rusiyanın “Rostex” dövlət korporasiyasından bildirilib ki, şirkətin texnoloji tərəfdaşı “NtechLab”la birlikdə hazırlanmış alqoritm həkimlərə başın MRT şəkillərini dağınıq skleroz əlamətləri üçün təhlil etməyə kömək edəcək.“Onun köməyi ilə həkimlər tədqiqatları birbaşa internetə yükləyərək süni intellektin (Sİ) […]

Bakının Xətai rayonunda avtobus zolağının təşkilində dəyişiklik edilib

Avtobus zolağının

Xətai rayonu, Xocalı prospektində və Afiyyədin Cəlilov küçəsində təşkil edilən avtobus zolağının saat 07:00-22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.Baki-Baku.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata istinadən xəbər verir.Bildirilib ki, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir:“Belə ki, avtobus […]

Vinsent Van Qoqun möhtəşəm “Süsən çiçəklər”i

Süsən çiçəkləri

9 May 1889-cu il. Niderlandlı rəssam Vinsent Van Qoq ruhi xəstəxanaya köçdükdən bir gün sonra ərazidəki bağçada çiçəklər çəkməyə başladı. Yaranan “Süsənlər” indi Los-Ancelesdəki “Getty Centre” muzeyində saxlanılır, burada ziyarətçilər rəsmdəki mavi çiçəkləri seyr edə bilərlər. Ancaq yeni bir araşdırmadan sonra məlum olub ki, ziyarətçilər indiyə kimi şəklin çox dəyişmiş bir versiyanı görürlər. Əslində, Van […]

Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlir

Lionel Messi

Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) Bakıya gəlirlər.Baki-Baku.az xəbər verir ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı əldə edəcək, həmiçinin Messinin […]

Yorğunluq, çəki artımı, saç tökülməsinin səbəbi nədir?

Yorğunluq

“Yorğunluq, çəki artımı, dəri quruluğu, saç tökülməsi və estetik qüsurların yaranması… Bütün bunlara qalxanvari vəz xəstəliklərinə səbəb ola bilər”.Baki-baku.az bu barədə İzvestiya.ru-ya istinadla xəbər verir.Rusiyalı həkim Andrey İsayev bildirib ki, qalxanvari vəz orqanizmdə maddələr mübadiləsinin və enerjinin tənzimlənməsində mühüm rol oynayır.“Hipotiroidizm – yəni qalxanvari vəzin istehsal etdiyi hormonların səviyyəsinin azalması metabolizmin yavaşlamasına səbəb ola bilər. […]

Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib

Çörəkbişirmə

“2-7 dekabr tarixində Paraqvayın paytaxtı Asunsyon şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb”.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Naziriyinin yaydığı məlumatda bildirilir.Qeyd olunur ki, UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən […]